Keçid linkləri

Bu gün məndən yaxın bir dostum Amerikada hansısa Strategy Page səhifəsində Azərbaycan əhalisinin əsasən türk olması haqqında yazılıb yazılmadığını soruşdu. Əvvəl də gözümə dəydi bir neçə nəfərin statusunda nəsə yazıb müzakirə edirdilər. Mən də dedim ki, mən mən olalı hər gün ABŞ-ın müxtəlif kateqoriyalı, ştatlar səviyyəsində, fərqli kilsələrin saytlarından tutmuş sarı mətbuatına qədər izləyən adam belə bir sayta nə rast gəlmişəm, nə də hansısa sanballı nəşrin onlara istinad etdiyini, hətta hyperlink verdiyini belə görməmişəm.

ABŞ-da belə mənasız saytlar yüzlərlədir, hərbidən və ya kəşfiyyatdan təqaüdə çıxmış, sapoq başlı, ağıldan kəm bekar adamlar da bu cür saytlarda bir iki şey yazırlar olur nəsə.

Başa düşürəm adı ingiliscə xaricilər üçün xüsusilə bu dili bilməyəndə çox seksi səslənir "Strategy Page". Hətta dedim həmin məlumatın orijinal linkini mənə göndərin. Hər nə isə, çox mənasız bir sayt imiş, səhifəsini açdım baxdım, ABŞ-da belə mənasız saytlar yüzlərlədir, hərbidən və ya kəşfiyyatdan təqaüdə çıxmış, sapoq başlı, ağıldan kəm bekar adamlar da bu cür saytlarda bir iki şey yazırlar olur nəsə. Hələ adamların xidmət yerlərinə ixtisaslarına baxsan heşzad.

Və ya bizdə Stratfor haqqında mif yaradılıb. Tez-tez təkrarlayırlar "Kölgə MKİ və ya CİA" (теневое ЦРУ). Ay millət, heç bilirsiz bu adı kim verib bu araşdırma mərkəzinə? Üçüncü sort maliyyə xəbərləri üzrə ixtisaslaşmış bir jurnal bu mərkəzi tərifləmək üçün deyib. Və ruslar demişkən poşlo-poexalo. Bir dəfə ağıza düşdü xüsusilə rus dilli informasiya məkanına getdi. Orda bir dənə sanballı araşdırmaçı vardı, o da George Fridman, o da keçən ildən artıq çalışmır orda. ABŞ-da mənə nüfuzlu hansısa nəşrin Stratfora son bir ildə 10 istinadını və ya hyperlinkini göstərin. ABŞ-da Stratfor kimi və ondan qat qat sanballı və fundamental araşdırmaları aparan beyin mərkəzləri var.

Bu cür bilməməzlik və savadsızlıq və bu bilməməzliyi bilərəkdən və bilməyərəkdən istismar etməyin təsəvvür etməyəcəyiniz qədər çox pis nəticələri olur. Bu cür qeyri-dəqiq informasiyalar sonunda konspiroloji düşüncələrə gətirib, təkcə cəmiyyətləri deyil, həm də ölkənin qərarvericilərini xəstələndirir axı, bu isə öz növbəsində ayrı-ayrı dini radikal cərəyanları qidalandırır.

Məsələn, bu yaxınlara qədər Azərbaycan mətbuatında tez-tez belə başlıqnan məqalələr çıxırdı "Yəhudi Rokfeller Türkiyə haqqında nəsə dedi filan..." və üstəlik qoca David Rokfellerin bir eybəcər şəklini çıxarırdılar ki, adam vahiməyə düşürdü.

Məsələn, bu yaxınlara qədər Azərbaycan mətbuatında tez-tez belə başlıqnan məqalələr çıxırdı "Yəhudi Rokfeller Türkiyə haqqında nəsə dedi filan..." və üstəlik qoca David Rokfellerin bir eybəcər şəklini çıxarırdılar ki, adam vahiməyə düşürdü. A kişi, məlumatın ingiliscə orijinalı tapmaq bir yana qalsın, adamlar elementar bir şeyi bilmirlər. Rokfeller yəhudi olmayıb, xristian baptist olub, özü də fanatından, az qala tualetə də İncillə gedib. Ona görə də xahiş edirəm kimsə yanınızda Rokfeller haqqında danışmağa başlasa sual edin ki, onun milləti nə olub, desə ki, yəhudi həmin adama dişinizin dibindən çıxanı deyin.

İstənilən cəmiyyət rəngarəngdi, müxtəlif əqidəli və ən əsası müxtəlif səviyyəli adamlar var. O cümlədən ABŞ da. Amerikadan hansısa Conni çıxıb desə ki, filan məsələ belədi, və Amerika filan şeyi filan cür eləməlidi, onun dediklərini niyə doqma və qanun kimi qəbul edirsiniz və ya bütövlükdə bu ölkənin siyasətinin həmin cür olduğunu düşünürsüz? Niyə özünüzü ikinci sort adam kimi, onun ağzından çıxanları ilahidən gələn səs qəbul edirsiz.

Məsələn, hardasa 10 il əvvəl ABŞ ordusunun keçmiş hərbi kəşfiyyatçısı (əslində onun nə işlə məşğul olduğu və təhsili aydın deyil) başdan xarab Ralf Peters (Ralph Peters) "Böyük Orta Şərqin" dövlətlərinin sərhədlərinin dəyişdirilməsi, eləcə də Kürd dövlətinin yaradılmasını özündə əks etdirən məşhur xəritə ortaya atdı. Dəli bir quyuya daş atan kimi. Bu Ralfı Azərbaycanda hansıa hərşeyşünasla müqayisə edim ki, heç kimin xətirinə dəyməsin. Bu xəritəni Türkiyədə və Yaxın Şərqdə məşhurlaşdıran məqamlardan biri onun çox populyar Banu Avar kimi şərhçilərin və Kurtlar Vadisi kimi filmlərin istifadə etməsi oldu. Məsələ burasındadır ki, bu xəritənin müəllifi Ralf Peters ABŞ-da akademik, siyasi dairələrdə və beyin mərkəzlərində ciddi qəbul edilməyən, qalmaqallı çıxışlar edən, Obama və demokratlar haqqında ağır sözlər deyən, respublikaçıların ifrat qanadına yaxınlığı ilə tanınan Fox News televiziyasının şərhçisidir.

Ancaq məsələ burasındadır R. Petersin dedikləri ABŞ-da ən müxtəlif fikirlərdən biridir və əsl Böyük Orta Şərq (Greater Middle East) planı əsla bu xəritə deyildi.

Bu cür insanlar Amerikada yüzlərlədir, hərəsi çıxıb ağzına gələn bir şey deyə bilər və deyir. Çox ağıllı adamlar da var, niyə onların dediklərinə qulaq asmırsız? Ancaq məsələ burasındadır R. Petersin dedikləri ABŞ-da ən müxtəlif fikirlərdən biridir və əsl Böyük Orta Şərq (Greater Middle East) planı əsla bu xəritə deyildi. Böyük Səkkizlərin görüşündə müzakirə edilən, Türkiyə prezidenti Ərdoğanın da dediyi kimi onun da həmsədr (eşbaşkan) olduğu, və artıq iflas etdiyini deyə biləcəyimiz Böyük Orta Şərq planı tamam başqa idi. Bu barədə ayrıca bir dəfə yazaram.

İnsanların savadsızlığından, dili bilməməsindən və özlərinin araşdırıb həqiqəti öyrənməyə çalışmamasından istifadə edərək kütlələrin beyinlərini damla-damla hər gün zəhərləyirlər elə bil. Məsələn, bu gün türk mətbuatında CİA-ın keçmiş zabiti Michael Scheuer'in keçən ilki bir çıxışından material hazırlayıb göstərirlər ki, bu adam guya ABŞ-ın Yaxın Şərq siyasətini izah edir və bu strategiyaya görə ABŞ strategiyası sünnülərlə şiələrin savaşdırmaqdı. Mən qoyuram bir qırağa ki, ABŞ-ın belə strategiyası həqiqətən var ya yox. Ola bilsin ki, olsun, heç cürə istisna etmirəm, olsa təəccüblənmərəm də. Ancaq əgər bu videodan danışırsınızsa adam bunu demir axı. Adam deyir ki, sünnülərlə şiələr bir birilərini qırsalar yaxşı olar və üstəlik tənqid edir ABŞ hakimiyyətini ki, bu cür strategiya yeritmirlər.

Digər tərəfdən dediyim kimi bu adam ABŞ-da bu sistemdən təqaüdə çıxmış yüzlərlə adamlardan biridir, hətta onun hansısa yüksək vəzifə tutması onun intellektindən və proseslərə təsir etmək gücündən xəbər vermir. Nə olar ki, bir az artıq oxuyasınız və anlayasınız ki, bu adam ideoloji olaraq klassik libertariandır, özü açıq bunu 4 dəqiqəlik videoda da deyir. Bu ideologiyanın onun xarici siyasət görüşündə necə əks olunduğunu anlayasınız. Və ya bir az axtarış verib görəsiniz ki, adam CNN-ə digər müsahibəsində deyir ki, İsrail ABŞ-ın xarici siyasətində bir xərçəng xəstəliyidir.

Xahiş edirəm, ingilis dilini öyrənin, xüsusilə öz dilimizdə, türk və rus mətbuatında hər yazılana inanmayın. Özünüz araşdırın tapın həqiqəti.

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Sənin fikrin

Şərhləri göstər

XS
SM
MD
LG