Keçid linkləri

Təcili xəbərlər

Yaradandan borc almaq


“İkudzi” prinsiplərinə əsasən, uşaq beş yaşa qədər – “Allahdır”. Ona heç nə qadağan etmir, üstünə qışqırmır, onu cəzalandırmırlar. Onun üçün “olmaz”, “pisdir”, “təhlükəlidir” kimi sözlər mövcud deyil. Körpə öz idrak fəaliyyətində azaddır.

Eyniylə Dostoevski`nin dediyi kimi: Normal bir Uşaqlıq görməyən insan gələcəkdə pis vətəndaş olacaq.

Yazıya keçməzdən əvvəl “ikudzi”nin nə olduğunu deyim: - “ikudzi” yaponların uşaq tərbiyəsi sistemidir. O system ki, doğulan uşağın ölkəsinə uyğun olan nizam intizamla yetişdirir, o system ki, əsrlərdən bəri gələn yapon ənənələrinə dayanır. Eyniylə Dostoevski`nin dediyi kimi: Normal bir Uşaqlıq görməyən insan gələcəkdə pis vətəndaş olacaq.

Qayıdaq uşağın 5 yaşınacan tanrı sayılmasına. Bu məsələ bizim, bəlkə də Avropa və Şərqi Avropa düşüncəsində uşağın ərköyünlüyü, şıltaqlığı və s. kimi göstəricilərlə ölçülür, “dinməsən sonra qabağını almaq omaz” kimi ifadə olunur. Amma, elə deyil. Əksinə müşahidələr göstərir ki, “ikudzi” sisteminin 5 yaşdan sonrakı məlhələlərində valideyin nəzarəti bütün qonşu ölkələrin sistemlərindən güclüdür. Yaponyadan söz düşmüşkən, Bu yaxınlarda bir tədqiqatla rastlaşdım.

Elə həmin anda Jozef Juber`in bir fikri yadıma düşdü: “Uşaqların nəsihətə yox, yaxşı nümunəyə ehtiyacı var”.

Belə ki, 1994-cü ildə Yaponiyada və Amerikada təlim-tərbiyəyə yanaşmalarda fərqin tədqiqatı keçirilmişdi. Tədqiqatçı alimin adını xatırlamıram, amma dəqiq xatırladığım odur ki, tədqiqatçı iki mədəniyyətin nümayəndələrindən öz uşağıyla konstruktor-piramidanı birlikdə yığmağı xahiş edirdi. Yaponlar əvvəlcə uşağa konstruksiyanı necə yığmaq lazım olduğunu göstərirdilər, sonra ona bunu təkrarlamağa icazə verirdilər. Əgər o, səhv edirdisə, qadın hər şeyi yenidən başlayırdı.

Məlum olur ki, “ikudzi”də uşağa nəyisə sözlərlə başa salmaq əvəzinə, onu əməldə göstərməyə üstünlük verilir. Bu o demək deyil ki uşağı danışdırmaq, sözə öyrəşdirmək lazım deyil...

Amerikalılar isə başqa yolla gedirdilər. Konstruksiyanı quraşdırmağa başlamazdan əvvəl onlar uşağa hərəkətlərin alqoritmini ətraflı başa salırdılar və yalnız bundan sonra onunla birlikdə konstruktoru düzəldirdilər.

Məlum olur ki, “ikudzi”də uşağa nəyisə sözlərlə başa salmaq əvəzinə, onu əməldə göstərməyə üstünlük verilir.

Bu o demək deyil ki uşağı danışdırmaq, sözə öyrəşdirmək lazım deyil. Əksinə, uşağı doğulan günündən belə danışdırmağa başlamaq olar. Sadəcə ciddi-ciddi danışdırmaq.

Əgər pəncərədən birgə baxdığınız zaman çöldən maşın keçirsə onu uşağa birbaşa demək lazımdır ki, bax, buradan göy rəngdə maşın keçir. Babab-bibib edib “xariqələr” yaratmaq olmaz. Bütün günü haha-hihi etsən uşağın təməli şit qoyular, ciddilikdən xəbəri olmaz, ömür boyu yeməyi apba, ayaqqabını akqa bilər. Təbii ki, baxış bucağım uşağın 1 yaşında danışdığı sözü necə ifadə etməsi deyil. Uşağıın içində olan ciddi imkanların mənəvi qidasız, dəyərsiz qalması aspektindəndir.

Uşağı körpəliyindən ciddi yetişdirsən, gələcəkdə onu bütün sahələrlə tanış etsən, içindəki şansları daha rahat görə bilərsən. Yaşı artdıqca rəsm, musiqi, şahmat və s. kimi məşğuliyyətlərə yönləndirdiyində uşaq özünü bu sahələrin hansındasa tapacaq. Araşdırmalardan görünür ki, bu metoda ən çox Hollandia cəmiyəti meyllidir. Onlar uşaqla ilk günündən söhbət edirlər, ətrafdakı əşyaları sözbə-söz izah edirlər, ana əlində iş görürsə o işi başlayandan ta bitirənə kimi uşağa izah edə-edə davam edir. Bu onlarda sanki bir adət halındadır, sanki belə olmalıdır, başqa metod mümkün deyil. Yazımı hinduların çox dərin bir atalar sözü ilə bitirirəm: Unutmayın, uşaqlarınız sizin deyil, onu yaradandan borca götürürsünüz…

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

XS
SM
MD
LG