Keçid linkləri

Sosial psixoloqların təcrübələrinə görə, seçim imkanı azaldıqca insanlar qərar vermənin yaratdığı tərəddüddən azad olub daha rahat olurlar. İnsanlara üç şəkil çəkmələri tapşırılır. Bəzilərinə üçüncü şəkli, bəzilərinə üç şəkildən birini qoyub getmələri tapşırılır. Üç şəkildən hansını verəcəklərinə özləri qərar verənlər, sonradan tərəddüd yaşayırlar, bəlkə birinci, bəlkə ikinci şəkli versəydim? Ancaq konkret üçüncü şəkli verməli olanlar rahatdır, başqa şansları olmayıb.

Anlaşılan olmayan, sovet dövrünü görməmiş gənclərin, sovet dövrü görmüş insanlara inadla, israrla, dirəşərək, "siz bilmirsiz, cənnətdə yaşamısınız" demələridir.

Sovet dövrünün sadəliyinə, bütün qərarların, nə oxunacağının, nə düşünəcəyinin, harda işləyəcəyinin qərar verildiyi, indiki dövrün mürəkkəb problem və seçimləri ilə müqayisədə bəsitliyin yaşlılarda nostalgiya oyatması anlaşılandır.

Anlaşılan olmayan, sovet dövrünü görməmiş gənclərin, sovet dövrü görmüş insanlara inadla, israrla, dirəşərək, "siz bilmirsiz, cənnətdə yaşamısınız" demələridir. Əlbətdə, elmdən bəhrələnib onun məhsullarından faydalanıb düşüncə tərzini qəbul etməyənlər kimi, kapitalist münasibətlərin ortaya qoyduğu bütün təhsil, səyahət, geyim, həyat tərzi və alətlərdən bəhrələnib yenə də sovet dövrünə nostalgiya duyanlar da ən yaxşı halda qeyri səmimidirlər.

Təbliğatın aldatdığı gənclərlə müzakirədə nə partiya daxili rəqiblərin ortadan qaldırılması, nə milyonlarla insanın repressiyaya məruz qalması, nə aclıq illəri, nə də planlı iqtisadiyyatın fəsadları onları fikrilərindən daşındırmır.

Azərbaycanın işğalı, əlifbasının dəyişdirilməsi, minlərlə insanın öldürülməsi, soydaşlarımızın yaşadığı torpaqlardan səbəbsizcə sürgün edilməsi-"milli məsələ" kimi görüb bunları da ciddi arqument kimi qəbul etmirlər.

Bəs o zaman, "Mozalan" satirik jurnalının çoxsaylı seriayalarında tənqid olunan neqativ hallar hansı ölkədə baş verib? Alverçiləri gizli kamera ilə çəkib lağa qoymaq yerinə, sovetlər kontrabandanın qarşısını ala bilməzdilərmi, və ya qaçaqmal məhsulları keyfiyyətində məhsul istehsal edə bilməzdilərmi? Problem yaradıb sonra o problemdən qazananları lağa qoyan bir yanaşma.

"İstintaq" filmində tənqid olunan istintaq prosesi problemləri hansı ölkədə baş verirdi?

Bütün bunlar və oxşar arqumentlər kar etmir əsasən. Çünkü ideologiya inandırır, inandıqdan sonra isə əks arqumentlər görməzdən gəlinir.

Bütün bunlar və oxşar arqumentlər kar etmir əsasən. Çünkü ideologiya inandırır, inandıqdan sonra isə əks arqumentlər görməzdən gəlinir.

Youtube-da Andrey Luqovoyun təqdim etdiyi serial var-"Satqınlar" (Predateli). Serialda İkinci dünya müharibəsindən SSRİ dağılana qədər olan dövrdə sovet hərbi və kəşfiyyat elitasının xəyanətlərindən bəhs edir. Motivlər müxtəlifdir. Say o qədər çoxdur ki, xəyanət edənlər arasında yüksək rütbəli hərbi və kəşfiyyat zabitləri, səfirlik işçiləri, rezidentlər və s. kimi o qədər ciddi fiqur var ki, insan bütün bunlara ümumi xəyanət adı verilməklə əsas sualdan yayınıldığını düşünür: nə üçün bu qədər uzun müddət, bu qədər çoxsayda və yüksək ranqlı insan xəyanət etdi? Əgər sovet ideologiyası üst ranqlı, elitar kadrlarda sədaqət aşılaya bilmirdisə, onda problem yox idimi?

İkinci maraqlı nüans: SSRİ-nin Amerikadakı agenti Eyms Oldric bəlkə də SSRİ tarixində ən ciddi iki üç cəsusdan biri idi. O qədər dəyərli qaynaq imiş ki, verdiyi məlumatları Oldric aşkarlanmasın deyə, 2-3 il sonra işləməyə başlayırmışlar.

Deməli SSRİ elitasının ideoloji bağlılığının olmadığı, qaçmağa çalışdığı SSRİ-yə ideoloji səbəblərlə xidmət edən, bunun üçün öz ölkəsinə xəyanət edən aldanmış bir insan mənzərəsi ortaya çıxır Oldricin timsalında.

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Sənin fikrin

Şərhləri göstər

XS
SM
MD
LG