Keçid linkləri

“Balalama”, “Subay olub, kef elə”. Bunları özünə fəlsəfə elmlər doktoru, dinşünas alim deyən biri deyir. Alimin adı ana səhifəmdə fır-fır fırlanır.

Adının qarşısındakılara sahib olmaq, ölkəmizdə və təhsil sistemimizin son 30 ilki durumu ilə elə də çətin deyil. Lakin bu onun həmin peşələrə sahib olma məsuliyyətini feysbuk statusunda yerlə bir etməyə haqq vermir, verməməli.

... “balalama” və “kreditlə toy etmə” arqumentləriylə ölçüldüyünü sarkazma söykənərək, içtimai mühakiməyə sərgiləyirsə, onda bir məqamda ehtiyyatsızlıq edib. Məncə, hörmətli alimimiz sarkazmı tam mənimsəməyib, “qruba qovorya” sarkazmı yaxşı bilmır.

“Balalama” , “Subay olub, kef elə” kimi gənclərə ünvanlanmış qeyri-etik tövsiyələri dinşünas alim kimi, adamı ateist olub ən azından dinsizliyinin qurbanı kimi mühakimə müstəvisinə cəlb edər, lakin bir dinşünası qeyri-ciddi tavrına və anormal həyat baxışına sahibliyindən qınaq predmeti olunmasına da məhkum edər. Yox, əgər, deyilənlərə və guya özünün də etiraf etdiyinə görə, məlum statusunda toplumun sosial durumunun aşağı səviyyədə olmasının, onun təbiriylə desək, “balalama” və “kreditlə toy etmə” arqumentləriylə ölçüldüyünü sarkazma söykənərək, içtimai mühakiməyə sərgiləyirsə, onda bir məqamda ehtiyyatsızlıq edib. Məncə, hörmətli alimimiz sarkazmı tam mənimsəməyib, “qruba qovorya” sarkazmı yaxşı bilmır.

Sarkazm-həqiqətlərə onu ifadə edən şəxsin dil potensialında sahib olduğu yumor mexanizmindən incəliklə istifadə edərək, hadisələrə və yaxud mövzuya fərqli yanaşma metodudur ki, bunun yaratdığı effekt kəskin olsa da, lakin həzm ediləsi mümkün olan üslubdur.

Düşündürücü, təsir edici, daha mükəmməl olmalı, lakin şüurlarda obyektə özündə təhqir ehtiva edərək, ikrah doğurmamalı, mövzuya münasibətdə heysiyyatlarda dağıdıcı effekt yaratmamalıdır. İfadələrə yeri gəldikcə, incə şirinlik qatmaqla məsələyə münasibəti qıcıqlandırmaqla deyil, şüurlarda vicdanları sizlada biləcək utandırmalar buraxmalıdır.

Bu mənim yazılarımda ara-sıra sarkazma müraciət edən biri olaraq, məlum məsələyə tam şəxsi yanaşmamdır. Qəbul olunması münasib olsa da, mütləq deyil.

İndi bu alim dediyimiz cənab, bir daşı atıb feysbuk quyusuna, feysbuk əhlinin min ağıllısı onu o quyudan çıxara bilmir. İki yol var, ya onun Marka şikayət edib profilini bağlatdırmaq, ya da cəmiyyət olaraq özümüzü inkişaf etdirmək.

İndi bu alim dediyimiz cənab, bir daşı atıb feysbuk quyusuna, feysbuk əhlinin min ağıllısı onu o quyudan çıxara bilmir.

İki yol var, ya onun Marka şikayət edib profilini bağlatdırmaq, ya da cəmiyyət olaraq özümüzü inkişaf etdirmək.

Bir ip ucu verim…

Məsələn, başlayaq Təhsil Naziri Mikayıl müəllimdən. Onun Qılıncoynatma və Badminton Oyunları Federasiyası ilə nə əlaqəsi var?

Köçkün statuslu müəllimlər dünən əmək haqlarını almaq və artırmaqla bağlı etiraz aksiyası keçiriblər.

Nazir bunla maraqlansın e. Yoxsa qılınc oynatma? Hərçənd ki, çoxdandır qılınc oynadan və badminton oynayanların da maaşı verilmir.

Qaldı ki, köçkün müəllimlərə, seçkilərdə, o vaxt bülleten əməliyyatında alış-veriş vauçerləri tələb etsəydilər, bax bu kimi problemlərdən sığortalanmış olardılar.
Hərçənd ki, sığorta sözü ölkəmizdə ən etibarsız söz kimi özünün statusunu hələki qoruyub saxlamaqdadır.

Yenə də olsun.

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Sənin fikrin

Şərhləri göstər

XS
SM
MD
LG