Keçid linkləri

Yenə qəza, yenə ölüm, yenə məmur balası və… yenə də “Gelandewagen”


Sanki dünyanın bütün “Gelandewagen”lərini Bakıya gətiriblər. Yenə yol qəzası, yenə ölüm, yenə məmur balası və yenə də Bakının yollarnda trafik canavarına dönüb insanları yeyən, yolları qana bələyən “Gelandewagen”. Bu lənətə gəlmiş qara dairədən çıxmağın bir yolu olmamış deyil hər halda…

Məsələn, bu yollardan birini mən deyim. Tutaq ki, yaxınında olanlardan kimsə İlham Əliyevə desin ki, məmur balalarının “Gelandewagen”lərinin müsadirə edilməsi haqda, “…dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq, hələ də qudurğanlq etdiklərinə, özlərini apara bilmədiklərinə, harın həyat tərzindən imtina etmədiklərinə görə…” ifadələri ilə əsaslandırılan bir sərəncam imzalasın. Bu yolla, bir tərəfdən millətin canı “Gelandewagen”li çocuqlardan qurtulsun, o biri yandan da həmin maşınların ölkədən kənara satışından xeyli pul gəlsin. Xəzinənin boş vaxtında bu göydəndüşmə şansı dəyərləndirməmək günah olar. Belə məqam bir də ələ düşməyəcək və bunu qardaş qardaşa da deməzdi, mən şanlı hökumətimizə dedim…

Əlbəttə, başqa təkliflər də ola bilər və hesab edirəm ki, bütün təkliflər nəzərdən keçirilməlidir. Ancaq təcili tədbirlər görülməsə, yolların kənarında, dayanacaqlarda adam qalmayacaq və trafik canavarına dönmüş bu “Gelandewagen”lər millətin axırına çıxacaq.

P.S.

Aeroport yolunda dəhşətli qəza baş verib

“Ölkə.Az”ın məlumatına görə,”Gelandewagen” markalı avtomobil yol kənarında dayanmış “Mercedes” markalı avtomobilə çırpılıb.

Hadisə nəticəsində “Mercedes”in sürücüsü, Naxçıvan şəhər sakini olan Natiq adlı şəxs yerindəcə keçinib.

Əldə etdiyimiz məlumata görə «Gelandewagen»in sürücüsü yüksək vəzifəli məmurlardan birinin oğludur.

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Sənin fikrin

Şərhləri göstər

XS
SM
MD
LG