Keçid linkləri

Dünən Yeni Azərbaycan Partiyası (YAP) yaradılmasının 25 illiyi münasibətilə tədbir keçirdi. Əlbəttə, bu, onların haqqları, hüquqlarıdır. Zatən, ölkəmizdə az-çox olan-olmayan haqq-hüquq YAP-çlara məxsusdur. Və buna elə bir iradım da yoxdur, iqtidardadırlar və necə deyərlər, hələlik hakimiyyətin keyfini qədərincə çixara bilirlər. Əslində, YAP-çı cənablarımız üçün, sözün əsl mənasinda kommunizmdir. Xatirlayirsinizsa YAP-çıların sələfləri kommunistlərin kommunizm barəsində utopik şüarlari var idi:

“Hər kəsdən qabiliyyətinə, hər kəsə tələbatına görə.”

Yanilmıramsa şüar belə idi. Bəli, YAP-çılar bu utopik şüari, əslində cüzi dəyişikliklərlə gerçəkləşirə biliblər. Maşallah qabiliyyətlərinə, özlərinə elə şərait yaradıblar ki, hətta qisqoca Avropa YAP iqtidarının paxıllıgın çəkir . YAP-çıların tələbat tutumlarının nə qədər oldugunu müəyyən etmək müşkül iş olsa da, görünən odur ki, tələbatları qabiliyyətləriinə və istəklərinə görə tam ödənilib. Maşalllah, “doydum,daha bəsdir” deyən YAP-çı da hələ yoxdur…

Cənab YAP-çılar dünənki tədbirlərində bəyan etdilər ki, guya AXC iqtidarı başdan-başa korrupsiya və rüşvətə qurşanıbmış. Etməyin belə cənablar! İçi özüm qarışıq, biz cəhbəçilərdə elə fərasət harda idi ki, rüşvət alaq, sərvət toplayaq, içəridə-dışarıda ölçüləri bilinməz ərazilər, qiymətləri astronomic rəqəmlərə varan obyektlər, qəsrlər ələ keçirə, onlarla milyonluq villalar tikdirəydik, içli-dışlı biznes quraydıq?! Yoxsa, keçmiş MTN-nin rüşvətxor, dələduz, quldur dəstəsi AXC iqtidarından qalmışdı, xəbərimiz yoxdur?! Bəlkə Rabitə Nazirliyində oğurlanan milyonlar cəbhəçilərin cibinə axıb, yoxsa “aylıq cibxərcim 300 000 manat idi” deyən kişi AXC hakimiyyətinin naziri olub?! Olmaya, bu hakimiyyətin zamanında, yağışdan sonrakı köbələklər kimi ölkənin yamac və ormanlarını bürüyən minlərlə villalarn sırasında, bircə dənə də olsun, cəbhəçi villası var, deyin biz də bilək və bir az da sevinək ki, sizlər kimi qabiliyyəttə və tələbata malik bir agıllı, fərasətli cəbhəçi də bizdən çıxıb!

Cənablar, oralara dəyməyin, müqəddəs hisslərimizlə oynamaga çalışmayın barı! 5 ilə yaxın rayon rəhbəri oldum.Müqəddəs qurana and içib, tək bircə adam ortaya çıxsın və söyləsin ki, kimdənsə rüşvət almışam. AXC belə rüşvətə qurşanmşdısa, Molla Nəsrəddinin sözü olmasn:

“Pişikdirsə ət, ətdirsə pişik hanı”.

Bu şər-böhtan, sözün əsl mənasında, ürək agrıdır. Öyünəcək bir əməlimiz varsa, o da rüşvətə bulaşmamağımızdr. Rayon rəhbərliyindən sonra 15 il kirayə mənzilləri sıralayan bircə YAP-çı gördünüzmü?! Ancaq mən, bu həyatı yaşadım. Elin adətlərinə uygun övladlarımıza cehiz vermək güdrətində olmadıq belə. Bu gün belə, onlara agır yük olmuşuq. Bizim övladlarımız ugrunda canımızı fəda etdiyimiz Vətənimizdə iş bulmaq, çalışmaq hüquqlarından belə məhrum ediliblər. Məhz atalarına görə… Özümüzə yetərincə acı çəkdirdiniz, yetməzmi… İndi də övladlarımızın müqəddəs hissləriylə oynamaq istənilir deyəsən! Bitdi artıq, artıq dözmək mümkün deyil. Özümüz hər cür sınaga çəkildik. Qurama ittihamlarla azadlıgımız əlimizdən alındı, çörəklə, dərmanla imtahana çəkildik, amma dözdük… “Vətənimizdir, Dövlətimizdir” – deyə dözdük! İndi, övladlarımız qarşısında bizi aşagılamaga, əslində isə, öz adlarını bizə qoymaga girişiblər “pulyuyan maşınlar”…

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Sənin fikrin

Şərhləri göstər

XS
SM
MD
LG