Keçid linkləri

Təcili xəbərlər

Hüquq yoxdursa, “cəngəllik qanunları” var…


Bu gün hüquqşünaslar niyə mitinq keçirmədilər? Bu sual çoxlarını narahat etmir, heç bir çox hüquqşünası da.

Ona görə də fikirləşirlər ki, əgər mitinq keçirsələr, məhz siyasi fikirləri, addımları onları gələcəkdə bu şansdan – Kollegiyaya üzv olmaqdan məhrum edəcək.

“Praktik Hüquqşünaslar” qrupunda olan dostlarımızın əsas hissəsi düşünür ki, “Vəkillər Kollegiyasına” rahatlıqla üzv ola bilərlər. Ona görə də fikirləşirlər ki, əgər mitinq keçirsələr, məhz siyasi fikirləri, addımları onları gələcəkdə bu şansdan – Kollegiyaya üzv olmaqdan məhrum edəcək. Çünki mitinq siyasi etiraz formasıdır, siyasi hakimiyyətin qərarına etirazdır.

Ümumiyyətlə, bir çox hüquqşünas üçün hakimiyyətin siyasi qərarına etiraz prinsipial mövzu deyil, heç onlar nümayəndəlik institutunun ləğvinə etiraz olaraq hansısa fəaliyyət göstərməkdə də maraqlı deyildilər, sadəcə, bunu imitasiya edirdilər…

Maraqlıdır ki, kollegiyaya ümumiyyətlə düşmək imkanı olmayanlar da özlərin bu etirazların önünə atmışdılar. Onlar da sırf bu məsələdən divident götürmək, bir müddət sonra beynəlxalq təşkilatlardan 1-2 layihə alıb başların dolandırmaq istəyirlər.

Amma bu ssenaridə rol almayan hüquqşünaslar da var. Onlar üçün mübarizə prinsiplər, dəyərlər, peşəkarlıq üzərində formalaşıb. Məsələn, dostumuz Samira Ağayeva belə hüquqşünaslardandır.

Hesab edirəm ki, olan Samira Ağayeva kimi hüquqşünaslara oldu. Başqa bir neçə zərərçəkən hüquqşünas da var. Hansı ki onlar da prinsipial mövqe sərgilədilər.

İndi sualım peşəsini ancaq qazanc mənbəyinə çevirmək, maddi maraqlarını güdənlərədir: yaxşı, cənab hüquqşünaslar, tutaq ki, siz öz peşələrinizlə, gəlirlərlərinizlə bağlı məsələləri həll etdiniz, bəs milyonlarla müdafiəsiz qalacaq vətəndaşın taleyi, aqibəti necə olacaq?

İndi sualım peşəsini ancaq qazanc mənbəyinə çevirmək, maddi maraqlarını güdənlərədir: yaxşı, cənab hüquqşünaslar, tutaq ki, siz öz peşələrinizlə, gəlirlərlərinizlə bağlı məsələləri həll etdiniz, bəs milyonlarla müdafiəsiz qalacaq vətəndaşın taleyi, aqibəti necə olacaq? Onların taleyi heç kimi narahat etmədimi?

Sizin işiniz insanları müdafiə etməkdir, peşə prinsipinizin fəlsəfəsi budur. Yaxşı, prinsipləriniz önəm daşımırmı?

Bəs hanı peşə prinsipləriniz, peşə etikanız, hüquqşünas kimi dürüstlüyünüz?..

Bu prosesdə diqqətçəkən başqa bir məqam da var: bəzi hüquqşünaslar fərdi etiraz etməyə “çalışırlar”. Fəaliyyətləri isə şablon və iyrəncdir: Müxalifətə ilişib kollegiyaya düşməyə kanal axtarmaq.

Bu məsələ vətəndaş olaraq bizi də narahat edir. Bu yazı isə bir tənə, danlaq deyil, “uman yerdən küsərlər” məsələsidir. Ona görə də biz hər zaman bu məsələyə prinsipial yanaşan hüqüşünaslara dəstək verəcək, onların yanında olacağıq. Çünki bu məsələ təkcə hüquq sisteminin məhv olması, hüquqşünasların işsiz qalması ilə məhdudlaşmır, minlərlə vətəndaşı müdafiəsiz qoyur…

Hüququn tam sıradan çıxdığı ölkələr isə ancaq və ancaq cəngəllik qanunları ilə idarə olunur…

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

XS
SM
MD
LG