Keçid linkləri

Tarixi təcrübə göstərir ki, güclü dövlət anlayışı güclü müxalifət anlayışı ilə paraleldir. Biz burada “güclü” ifadəsini, əlbəttə ki, hüquqi-demokratik dövlət baxımından işlədirik, yoxsa dövlətin cəmiyyət üzərində basqıçı, əzici hökmranlığını nəzərdə tutmuruq.

Müxalifətsiz bir hüquqi-demokratik dövlətdən bəhs etmək qeyri-mümkündür.
Müxalifət çağdaş, modern, mədəni bir dünya ölkəsinin olmazsa-olmazıdır.

Müxalifətsiz bir hüquqi-demokratik dövlətdən bəhs etmək qeyri-mümkündür.

Müxalifət çağdaş, modern, mədəni bir dünya ölkəsinin olmazsa-olmazıdır.

Onun demokratik varlığının, indisinin və gələcəyinin təminatıdır.

Bu mənada İlham Əliyevin təzəlikcə çıxışlarının birində dediyi “müxalifətin kitabı bağlanıb” sözlərini zamanın ruhu, çağın gerçəklikləri ilə heç nə bağlamır.

Müxalifətsizliyin bir ölkəni hansı böyük bəlalarla üz-üzə qoyduğunu bir o qədər də uzaq olmayan keçmişdə - “ərəb baharı” vaxtı gördük.

Liviyada müxalifət vardı?

Bəlkə Tunisdə vardı?

Ya da Suriyada?

Nəticə göz önündədir: sivil siyasi mübarizə imkanlarının, tənqidçi səslərin, müxalif tribunaların olmadığı bu ölkələrdə toplumun uzun illər boyu yığılan protest enerjisi, qəzəb hissi bir andaca, hansısa xırda təkandanca dışa vurdu və...

Və həmin ölkələri nə yazıq ki, xarabazara çevirdi.

Tarix dəfələrlə sübut edib ki, siyasətin danışmadığı, danışa bilmədiyi yerdə silahların danışması qaçılmazdır. Bunun bədəli isə hər kəs üçün ağır olur.

Tarix dəfələrlə sübut edib ki, siyasətin danışmadığı, danışa bilmədiyi yerdə silahların danışması qaçılmazdır. Bunun bədəli isə hər kəs üçün ağır olur.

Belə sonluqdan sığortalanmağın tək yolu var: əlindəki hakimiyyət gücü ilə müxalifətin “kitabını bağlayıb”, sonra da bunu böyük təntənə ilə hər kəsə elan etmək yerinə, müxalifətə hakimiyyətlə bərabər mübarizə imkanları tanımaq və onun “kitabını oxumaq” lazımdır.

Azərbaycanı gücləndirəcək ən böyük və alternativsiz formul budur.

Heç bir ölkə yalnız bir siyası baxışa və iradəyə söykənərək, ya da tabe etdirilərək gəlişən, inkişaf edən dünyada yer tuta bilməz.

Heç bir ölkə yalnız bir siyası gücdən asılı olaraq, real yüksəlişə, tərəqqiyə qovuşa bilməz.

Tarix kitabları, yuxarıda da yazdığımız kimi, bunun saysız örnəkləri ilə doludur.

Elə bu örnəkləri görməzdən gələnlərin öz ölkələrinə, xalqlarına yaşatdıqları fəlakətlərlə də...

Ən acınacaqlısı odur ki, gələn il 100 illiyini qutlayacağımız Azərbaycan Cümhuriyyətini yaradanlar – Qurucu Babalar hələ o zaman, dünyada demokratizm anlayışının indiki qədər gəlişmədiyi və yayılmadığı bir zamanda bu sadə, adi (və ali!) həqiqətin fərqində idilər.

Ən acınacaqlısı odur ki, gələn il 100 illiyini qutlayacağımız Azərbaycan Cümhuriyyətini yaradanlar – Qurucu Babalar hələ o zaman, dünyada demokratizm anlayışının indiki qədər gəlişmədiyi və yayılmadığı bir zamanda bu sadə, adi (və ali!) həqiqətin fərqində idilər.

Cümhuriyyət parlamenti nə qədər çoxsəsli, çoxrəngli idi.

Orada bütün siyasi görüşlər geniş təmsilçilik imkanı qazanmışdı.

Cümhuriyyət parlamentinin stenoqramları isə bir əsr öncə bu torpaqlarda nə qədər güclü bir siyasi polemika, dartışma nümunəsinin yaşandığını gözlər önünə sərir.

Ancaq gəl gör ki, 100 il sonra biz hardayıq?

Ölkə amansız bir linç, reressiya sayəsində sürətlə müxalifətsizləşdirilir, “müxalifətin kitabının bağlandığı” təntənə ilə elan olunur.

Bəs bunun Azərbaycan adına yaxın, yaxud uzaq gələcəkdə hansı bəlalar vəd etdiyi hesaba alınırmı? Düşünmürəm...

Sabah, birigün adına ən böyük əndişə də elə budur.

***

Ümumiyyətlə isə mən Azərbaycanda hər yöndən – siyasi, mədəni və b. - müxalifətçilik məfhumunun basqı, repressiya yolu ilə və biryolluq aradan qalxacağına inanmıram.

Ümumiyyətlə isə mən Azərbaycanda hər yöndən – siyasi, mədəni və b. - müxalifətçilik məfhumunun basqı, repressiya yolu ilə və biryolluq aradan qalxacağına inanmıram. Onu zəiflətmək mümkündür, yox etmək əsla.

Onun kökləri iki yüz il öncəyə, Mirzə Fətəli Axundzadəyəcən dayanır.

Bu ölkədə tənqidçilik və hər sahədə hakim düşüncələrə alternativ yaratma tarixinin Həsən bəy Zərdabi, Üzeyir bəy, Ömər Faiq, Sabir, Mirzə Cəlil, Rəsulzadə kimi parlaq simaları olub və onların açdığı müxaliflik cığırı 70 illik Sovet hökmranlığı zamanı itib-batmadısa, bundan sonra da yox olmayacaqdır.

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Sənin fikrin

Şərhləri göstər

XS
SM
MD
LG