Keçid linkləri

Təcili xəbərlər

«Korrupsiya olmasaydı hökumət mübarizəyə başlamazdı»



«RÜŞVƏTXORLUQ OLMASAYDI...»


«Bu gün korrupsiya, rüşvətxorluq olmasaydı, hökumət özü buna qarşı mübarizə kampaniyasına başlamazdı. Deməli belə bir şey var ki, dövlət də buna qarşı mübarizə aparır. Cəmiyyət də bu məsələdə eyni həssaslığı göstərməkdədir». Bu fikrin müəllifi bloqqer, həm də millət vəkili olan Ceyhun Osmanlıdır.

Bloqqer əlavə edir ki, «hər bir problemin qaldırılması o problemin həllini yaxşılaşdırmalıdır, ondan uzaqlaşdırmamaldıır. Bu məsələlər xüsusilə tələbələrin biraz şüurlu olmasını tələb edir. Heç kim Azərbaycan tələbəsinin enerjisindən, potensialından sui-istifadə etməməli və onlardan siyasi məqsədləri naminə faydalanmamalıdır».

C. Osmanlı qeyd edir ki, biz gəncləri ortaq, bizi birləşdirən ideyalar ətrafında birləşməyə çağırırıq. «Bizi ayıran ideyalar ətrafında bölünməyə, tam əksinə olaraq milli davamız naminə birləşməyə çağırırıq».

BÖYÜK QƏZƏB GÜNÜ

«11 Mart – Böyük Xalq Günüylə Azərbaycanda baş verəcək Böyük Dəyişikliyin əsasını qoyduq», deyə Elnur Məcidli yazır:

«2 Aprelin tarix olaraq seçilməsinin hər hansı mistik mənası yoxdur. Qısacası konspirasiyalardan uzaq durmaq lazımdı. Ola bilsin hansısa simvolik mənası da var, tarixi gündə ola bilər, lakin biz buna əsasən gün təyin etmirik.

11 Mart tarixini də seçərkən hansısa məna axtarmamışdıq, ancaq məna axtaranlar, məna çıxaranlar olmuşdu. 2 Aprel tarixinin seçilməsi eyni zamanda eyni tarixdə mitinq keçirməyi planlaşdıran aparıcı müxalifət partiyalarının birləşdiyi İctimai Palataya dəstək vermək xarakteri də daşıyır.

2 Aprel tarixini əhəmiyyətli edən xalqla müxalifətinin birliyini təmin etmə şansıdır. İndiki mərhələdə buna nail olmamız gərəkdiyinə inanıram. Bununla yanaşı 2 Aprel – Böyük Qəzəb Günü aksiyası, 11 Mart – Böyük Xalq Günündə olduğu kimi, sıravi vətəndaşları, heç bir partiya üzvü olmayan insanları, müstəqil gəncləri əhatə edən bir aksiya olacaq».

NOVRUZ BAYRAMI VƏ DİNOZAVR YUMURTASI, BÜDCƏ


Civə Novruz Bayramı ilə bağlı Bakıda keçirilən bayram şənliklərinə öz qiymətini verib:

«Şəhərin ortası sayılan AzNeft Meydanı- İçərişəhər Sahil metrostansiyaları da daxil olmaqla şəhərin hər yerinə rəngbərəng yumurtalar düzüldü. Bu yumurtalar qoyulan zaman yadıma gəlir. Şəhərdə gəzişirdim. Bir də gördüm iri həcmli maşınlardan «dinozavr yumurtası»ndan da böyük nəsə düşürtdülər və bu nəsələrin bəzilərinin içində 4-5 ədəd yaşıl rəngli uzun çubuqlar çıxır. Çox düşündüm və qərara gəldim ki, yəqin bu, səmənidir. (Heç indiyə qədər də bilmirəm ki, onlar nədir.)

...Novruzda nə qədər əlləşdiksə, dövlət büdcəsindən bu qədər həngaməyə nə qədər pul verildiyini tapa bilmədik. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin əməkdaşı bu sualı eşidəndə, kamera qarşısında birdən-birə yerindən sıçradı və «bunu xalqımızın xatirinə edirik», «dövlətin puludur», «bu məlumatı bilmirəm» tipli cümlələrlə həyəcanlandığını heç cürə gizlədə bilmədi. Əslində sual çox sadə, informasiya isə açıqtipli idi. Kişinin sifət cizgiləri elə dəyişmişdi ki, elə bil ondan hərbi sirr istəmişdik!

Belə! Bu Novruz da belə getdi! Amma mənə hələ də maraqlıdır o yumurtaların yiyəsi? Kim düşünüb, necə düşünüb, yanında kimlər var idi… içlərindən çıxan cubuqlar nə idi? Yumurta ilə cubuq arasında hansı unikal əlaqə tapıblar?».

ÜMUMİ DAXİLİ MƏHSUL VƏ İNQİLABLAR


Dərvişin hücrəsindən yazan bloqçu Fars körfəzi ölkələrində adambaşına düşən ümumi daxili məhsulun çəkisi ilə inqilablar arasında əlaqəyə diqqət çəkir:

«Göründüyü kimi Qətər yalnız Lüksemburqdan geri qalır:.

Rusiya - 11861 USD – 51-ci yer
Qazaxıstan - 8699 USD – 62-ci yer
Belarus - 8541 USD - 65-ci yer
Tacikistan - 1413 USD -119-cu yer
Azərbaycan - $5759,9»
XS
SM
MD
LG