Rutin deyilən bir söz var (fransız, ingilis, rus və sair Avropa dillərində işlənir), hadisələr adi axarı ilə getdikcə ona rutin proses deyirlər. Bu rutində hamı öz yerini bilir, öz işini bilir və ortada açıq konflikt olanda belə tərəflərin stabilləşmiş gözləntiləri eskalasiyanı əngəlləyir. Rutinə ən bariz nümunə Qarabağ cəbhəsində atəşkəs rejimidir. Ara sıra-atışmalar olsa da, tələfat baş versə də, tərəflərdən hər biri eyni qaydada hərəkət edir və digər tərəf də bunu proqnozlaşdıra bilir və eyni dərəcədə gözlənilən bir reaksiya verməklə başını girləyir. Azərbaycana yaxşı tanış olan daha bir rutin uzun müddət iqtidar- müxalifət münasibətlərində müşahidə olunurdu. Tərəflər bir-birini açıq tənqid etsə də onların arasındakı mübarizə sabitləşmiş bir trayektoriya üzrə gedirdi. Lakin müxalifətin mart ayından başladığı etiraz dalğası bu rutini pozmuş kimi görünür.
POZULAN AXAR
Uzun müddət müxalifətin iqtidarla mübarizəsi seçkidən-seçkiyə olan zaman kəsimində məhdudlaşırdı. Etiraz aksiyaları mövsümi xarakter daşıyır, aralarında iri fasilə olur və etirazlar ümumən hökuməti təhdid etməkdən daha çox «müxalifət hələ də var» mesajını vermək üçün yetərli olurdu.
Bu il başlanan mübarizə dalğasının isə seçkilərə heç bir dəxli yoxdur. İndi müxalifət tənqid ünvanlarını daha aydın səsləndirir və əvvəlki illərdən fərqli olaraq diqqəti bir hədəf kimi prezident İlham Əliyevin şəxsi üzərində cəmləyir. Mart və apreldə keçən aksiyalarda «istefa» şüarı ön plana keçib. Müxalifət icazəsiz aksiyaların keçirilməsində daha çox israr edir, etirazları Bakının ucqarlarında yox, şəhər mərkəzində edir. Müxalifət həmçinin etiraz aksiyalarının arasında iri fasilələr vermək praktikasına son qoymaq və etirazları davamlı şəkildə aparmaq əzmini nümayiş etdirir. Bir sözlə, müxalifət eskalasiyaya doğru gedib rutindən çıxmağa cəhd edir.
İQTIDAR-MÜXALİFƏT «DİALOQU»
İqtidarın da reaksiyası rutindən kənar çalarlar almağa başlayır. Aprelin 2-dəki nümayişdən əvvəl müxalifət liderlərini Bakı Şəhəri Baş Polis İdarəsinə çağıran hökumət rəsmiləri özünəməxsus bir iqtidar-müxalifət «dialoqunun» əsasını qoydular. Müxalifət liderlərinə bu cür diqqət axırıncı dəfə 2003-cü ildə müşahidə edilib.
Aprelin 2-də nümayiş zamanı isə etirazçılara daha çox zor tətbiq edildi, aksiya zamanı həbs edilənlərin bir çoxu polis məntəqələrində döyüldü. Aksiyaçıların bir çoxu hələ də həbsdədirlər, bir neçə nəfər isə uzun müddətli həbsə məhkum ediliblər.
Aksiyadan sonra Azadlıq qəzetinin jurnalisti Ramin Dekoya qarşı iki gün dalbadal zor tətbiq edildi. Xaricdə yaşayan Elnur Məcidli üçün «Ergenekon» işinə bənzər geniş bir istintaq işi açılıb. «Aidiyyatı olan instansiyalardan lazımi tədbirləri görməyi» «tələb» edən «zəhmətkeşlər» də televiziya ekranlarından düşmək bilmirlər. Belə görünür ki, Azərbaycan hökuməti də eskalasiyaya gedir. Beləliklə iqtidar-müxalifət qarşıdurması adi məcrasından kənara çıxır. Əvvəlki oyun qaydaları keçmişdə qalır.
ARTAN HƏRARƏT
Tərəflərin hər biri qarşı tərəfin qəbul edə biləcəyindən daha artıq risklər yaradıb digərinin «gözünü qırmağa» çalışır. Müxalifət hökuməti Bakı şəhərində çoxsaylı etirazçıların iştirak edəcəyi nümayişlərlə, uzunmüddətli planda isə inqilabla hədələyir. Hökumət isə bu inqilabın baha başa gələ biləcəyi ilə hədələyir. Həm müxalifətçilər təhdid edilir (döyülməklə, həbs edilməklə, müxtəlif hədələrlə), həm də bütövlükdə ölkə təhdid edilir. Açıq mətnlə deyirlər ki, inqilab olsa, Qarabağ cəbhəsində stabillik pozular, torpaqlarımız əldən gedər, ölkədə vətəndaş müharibəsi düşər və s.
SEÇİMLƏR
Nobel mükafatı laureatı, amerika alim Thomas Schelling-in məşhur bir kitabı var. «Münaqışələr strategiyası» adlı bu kitabda müəllif konfliktin həll olunması əvəzinə, konfliktdə qalib gəlməyin yollarını araşdırır. Müəllif belə bir situasiya təsvir edir: «Fərz et ki, səni uçurumun kənarında bir başqasına zəncirləyiblər və şərt kəsiblər ki, həmin adamı güzəştə getməyə məcbur etsən, mükafat olaraq səni buraxacaqlar. Həmin adama təsir etməyin yeganə yolu onu itələyib uçurumdan atmaq təhdididir – amma bu yol hər ikinizi də məhv edə bilər.
Belə olan halda, qarşı tərəfi güzəştə necə məcbur etmək olar? Cavab: Sən uçurumun kənarına yaxınlaşa-yaxınlaşa rəqs edirsən. Bu zaman zəncirlə sənə bağlı olan adamda sənin irrasional hərəkət edəcəyinə – ikinizi də uçurumdan atacağına şübhə yeri qalmayacaq. Başqa sözlə, sən qarşı tərəfi sadəcə olaraq inandırmalısan ki, sən öz üzərinə daha çox uçurumdan yıxılmaq riski götürməyə hazırsan»
Daha bir klassik misal hava döyüşlərində qarşı-qarşıya gələn qırıcı təyyarələrin «taran» imitasiyasıdır. Uçağı sürətlə bir-birinin üstünə sürən hər iki pilot ümid edir ki, qarşı tərəfin əsəbləri dözməyib sükanı çevirəcək və düşmən təyyarəsinin qarşısından qaçaraq arxasını ona çevirəcək. Schelling-ə görə konfliktin mahiyyəti budur. Daha çox riski göz altına alan tərəf bu prosesdən qalib çıxır.
Azərbaycanın «qanunsuz aksiyaların qarşısı qətiyyətlə alınacaq» deyən hökumət rəsmiləri, müxalifət fəallarına, liderlərinə və onların ailə üzvlərinə müxtəlif hədələrlə mesaj verənlər ona görə tarana gedirlər ki, qarşı tərəfin qaçacağına əmindilər. İnamlarının əsası da odur ki... indiyəcən həmişə belə olub. Müxalifəti şərti olaraq qırıcı təyyarəçiyə bənzətsək, onun da iki seçimi var: qaz verib irəli şığımaq, ya da sükanı döndərmək.
GÖZLƏNTİLƏR
Yuxarıda təsvir edilən hesablamalara bir dəyişəni də əlavə etmək zəruridir – gözləntilər. Münaqişə vaxtı qarşı tərəfin gözləntilər xaricində vurduğu istənilən zərbə daha çox ziyan verir. Qəfil zərbəni ölümcül edən də budur. Bu mübarizə dinamikasında daha bir müstəvidəki oyunun adı qarşı tərəf üçün gözlənilməz olmaq, qarşı tərəfdən isə hər şeyi gözləməkdir.
Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.