Keçid linkləri

Təcili xəbərlər

Dövlət və vətəndaş


Bizim qardaşın pis şakəri var. Ölkəsini Amerika ilə müqayisə edir. Yerli-yersiz Amerika belədir, Amerika elədir deyib durur. Di gəl adama deyən lazımdır ki, ay qardaş belə pis çıxmasın, atalarımız demişkən, eşşəyə min ata çatınca. Bu AzTv təfəkkürünüzü qoyun bir kənara, özünüzü çox yormayın, əvvəla MDB ölkələri ilə müqayisə edin, sonra okeanın o tayına adlayarsız.

İçərisindən düşən milis ədəb-ərkanla özünü təqdim edib, sənədlərimi istədi. Sonra haradan gəldiyimi soruşdu, Bakıdan olduğumu öyrənib “xoş gəlmisiniz” söylədi.

Keçən ilin martında, Belarusun paytaxtı Minskdən 195 km cənub-qərbdə yerləşən, şəhər tipli qəsəbə olan Slonimdə axşamüstü yol qırağıynan gedirdim. Hava ala-qaranlıq idi. Qəfildən bir yol patrul maşını peyda oldu. İçərisindən düşən milis ədəb-ərkanla özünü təqdim edib, sənədlərimi istədi. Sonra haradan gəldiyimi soruşdu, Bakıdan olduğumu öyrənib “xoş gəlmisiniz” söylədi.

Dedi ki, bəs onların piyadalara aid yol hərəkatı qanununa görə, alatoranlıq vaxtı piyada yol kənarı ilə gedərsə mütləq əlinə qolbaq keçirtməlidir ki, onun da qiyməti 100-150 rubldur, yəni bizim pulnan havayı.

Piyada yolun sağı ilə gedərsə sol biləyinə, solnan gedirsə sağ biləyinə mütləq tərkibində fosfor olan qolbaq taxmalıdır. Əks halda, piyadanı 60 dollar civarında cərimə gözləyir.

Etiraf edirəm, yol polisinin alicənab tərzdə Belarusiyada piyadaların yol qaydaları haqqında qısa mühazirəsini dinləyib mat-məəttəl qaldım.

Zavallı milis nə bilsin ki, bəndəniz o ölkədən gəlib ki, orada nə kənd, nə şəhər? Nə piyada, nə polis? Nə qayda, nə qanun?

Zavallı milis nə bilsin ki, bəndəniz o ölkədən gəlib ki, orada nə kənd, nə şəhər? Nə piyada, nə polis? Nə qayda, nə qanun?

Bədbəxt nə biləydi ki, paytaxt Bakıda piyadalar ürəkləri harda istəsə, nə vaxt istəsə, necə istəsə elə də yol keçirlər. Telefon əlində, qulaqcıqlar qulağında, əli uşaqlı, hündür dikdaban ayaqqabıda (sanki podiumda gəzişərək), dönər yeyərək, qəfildən yola atılaraq, ağac arxasından çıxıb qaçaraq, bir sözlə Bakıda piyadalar tam ayrı bir dünyada yaşayırlar və elə sanırlar ki, maşınları pambıqdan düzəldirlər.

Əl qərəz, Belarus milisi qonaq olduğumu, qanunları bilmədiyimi anlayıb cərimə yazmadı. Xahiş etdi minim onun xidməti maşınına ki, aparsın məni yaşadığım yerə. Dedi ki, qolbaqsız bu vaxtı yol kənarı ilə getməyim təhlükəlidir. Hərçənd yol qırağı əla işıqlandırılmışdı, mən etiraz etmədim və mindim yol polisinin maşınına. Ev gəlib çatdıqda, milis maşından bir qolbaq götürüb verdi mənə ki, bəs bunu sabah almağa vaxtınızı itirməyin, qiyməti bir şey deyil, buyurun, götürün. Mən həmən qolbağı indiyədək hədiyyə kimi saxlamışam.

Yol qəzaları, insan tələfatı hər ölkədə olur. Aydın məsələdir. Fərq yalnız itkilərin sayında və bu cür hadisələrin baş vermə intervalındadır. Azərbaycanda hər il avtomobil qəzalarında minlərlə adam ölür.

Hər il cərimələr artırılır, qanuna dəyişiklik edilir, reydlər keçirilir, amma nə fayda? Çünki məsələ cərimədə, qorxutmaqda deyil. Qapaz vurmaqnan başda ağıl peyda olmaz. Dövlət ilə vətəndaş vəhdət təşkil etməlidirlər. Bizdə yol polisi ilə sürücülər “Tom və Ceri” cizgi filmini xatırladırlar. Biri o birisini qovur. Bir dəfə də olsun maarifləndirmək üçün, cəriməsiz saxladıqlarını görməmişəm.

Amma görəndə ki, yaşlı adam avtobusdan düşüb onun arxasından yox, qarşısından yolu keçir, bilmirsən nə deyəsən. Sovet dövrünün adamı bunu edirsə, 90-larda doğulan nəsilə nə deyəsən?

Korrupsiya, səriştəsizlik öz yerində. Amma görəndə ki, yaşlı adam avtobusdan düşüb onun arxasından yox, qarşısından yolu keçir, bilmirsən nə deyəsən. Sovet dövrünün adamı bunu edirsə, 90-larda doğulan nəsilə nə deyəsən? Yaxşı, indi bu yöndə maarifçilik yoxdur, bəs Sovetlərdə var idi axı. İndi məktəblərdə yol keçmək qaydaları haqqında az danışırlar, bəs o vaxtı deyirdilər axı. Əlli-altmış yaşında adamı iyirmi il Sovet düzəldə bilməyibsə, tay buna nə başa salasan?

Tutalım sürücü dəlidir, əsəbi xəstədir. Pulunu verib, filan məmur göz yumub, o da gəlib oturub avtobusa adam daşıyır. Bəs sərnişinlər? Gəlin razılaşaq ki, bizim vətəndaş da öz həyatının təhlükəsizliyinə qarşı çox laqeyddir.

Bir kərəm avtobusda gördüm sürücü siqaret çəkir, semişka çırtlayır, sol ayağıynan rul fırladır, sürətdə öz yerində. Yaxınlaşdım, dedim ay sürücü, qadan alaram yavaş sür, camaat aparırsan, ölüm-itim olar. Şofer qaldı qıraqda, sərnişinlər tökülüşdü üstümə ki, sən neynirsən, dəlisən, biz işə gecikirik, tələsirik, get işinlə məşqul ol. Hə, buna nə deyək? Burda da dövlət günahkardır?

“Əşşi, düzələn deyil” deməknən, heç nə düzəlməyəcək. Sərnişinlər bir-bir yox, hamısı tələb eləsə, köhnə, sınıq-salxaq maşınlara minməsə, bax onda düzələcək. O da ki, həmən yox, yavaş-yavaş.

Amma hələ ki, nə sərnişin tələb edir, nə piyada əməl edir, nə də dövlət maraq edir. İndi vəziyyət belədir, dövlət maksimum vətəndaşdan pul qopartmaq istəyir, vətəndaş da o puldan minimum az verməyə çalışır.

Əzizlərim, insanların firavan yaşaması üçün, dövlət və vətəndaşın həmrəy olması labüddür.

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

XS
SM
MD
LG