Keçid linkləri

Təcili xəbərlər

Apple-ın naməlum, sirrli cihazı


Ötən payız Apple şirkəti ABŞ-ın Federal Rabitə Komissiyasına (FCC) A1844 nömrəli bir cihazın qeydiyyatı üçün baş vurmuşdu. 2016-cı ilin sonunda bu sirrli qurğu artıq qeydiyyatdan keçirildi.

Həmin vaxt bu naməlum, simsiz cihazın nə işə yarayacağı bilinmirdi. Cihazın sadəcə Bluetooth və NFC-ni dəstəkləyədiyi və az enerji sərf etdiyi bilinirdi. Onun nə olduğu barədə müxtəlif fikirlər gəzirdi.

Bazar günü FCC qurğunun fotolarını yayıb.

Bu sirrli cihaz qapı kilid kontrol sisteminə bənzəyir. Təlimat kitabçasına görə, adi istifadəçilər üçün nəzərdə tutulmayıb. Çünki onun spesifik təlimatları var.

Cihaz oxuyucu və göstərici ilə təchiz olunub. İstifadəçi keçmək üçün oxuyucuya kimlik kartını yaxınlaşdırır, bundan sonra ona keçmək izni verilirsə yaşıl, verilmirsə qırmızı işıq yanır.

Cihazın korporativ istifadə üçün nəzərdə tutulduğu təxmin edilir. Qurğunun gələn ay açılacaq Apple-ın yeni kampusunda istifadə ediləcəyi düşünülür.

Ən son yazılan

XS
SM
MD
LG