Keçid linkləri

Təcili xəbərlər

Niyə yaxınlarımızdan uzağı görmürük?


 “Zabitlər” filminə həsr olunmuş konsertdən kadr
“Zabitlər” filminə həsr olunmuş konsertdən kadr

MÜQƏDDƏS HEÇ NƏ OLMAYANDA...

Bu günlərdə Rusiya telekanallarından birində maraqlı musiqili veriliş göstərirdilər. Konsert sovetlərin vaxtında yaşamış bütün insanlara yaxşı tanış olan “Zabitlər” filminə həsr olunmuşdu...

Tez-tez zalı da göstərirdilər, tamaşaçıların-insanların çoxunun gözləri yaşarmışdı. Birdən ağlıma gələn fikrin dəhşətindən özüm də sarsıldım. Bircə anın içində mənə elə gəldi ki, bizim cəmiyyətimizin və yaşadığımız bu acılı günlərin əsl səbəbini başa düşmüşəm.

... bircə anlığa düşündüm ki, bütün bu bəlaları da, elə ictimai məhrumiyyətləri də ona görə yaşayırıq ki, cəmiyyətimiz, insanlarımızın çoxu üçün müqəddəs heç nə qalmayıb...

Bəli, bircə anlığa düşündüm ki, bütün bu bəlaları da, elə ictimai məhrumiyyətləri də ona görə yaşayırıq ki, cəmiyyətimiz, insanlarımızın çoxu üçün müqəddəs heç nə qalmayıb...

Televiziyada gözləri yaşarmış həmin o insanlara baxanda başa düşdüm ki, bizim cəmiyyətimizdən fərqli olaraq Rusiya insanları üçün müqəddəs məqamlar var və ona görə də bu cəmiyyət müvəqqəti enişlər, hətta bir az geriləmələr yaşasa da, son nəticədə yenə öz böyüklüyünü saxlayacaq. Biz isə...

Hətta onunla da razılaşıram ki, burada bir çox məqamlar, müəyyən mətləblər, Rusiya tarixinin və gerçəkliyinin bir sıra anları mübahisəli görünə bilər. Amma veriliş zamanı gözlərimi diqqətlə zala dikmişdim ki, görüm, burada da Rusiya kommunistlərinin aksiyalarında olduğu kimi veteranlar və pensiyaçılar toplaşıbmı? Amma belə deyildi, zal orta yaşlı insanlarla və cavanlarla dolu idi.

EVİMİZDƏN BİR ADDIM KƏNARDA...

Məni düzgün başa düşməyə çalışın, mən “müqəddəs məqamlar” deyəndə heç də yaxınlarımıza olan sevgimizi nəzərdə tutmuram. İnsan üçün, elə cəmiyyət üçün də yaxınlarından da müqəddəs dəyərlər olur – bəli, ictimai dəyərlər və siyasi dəyərlər var, vətən, ölkə, tarix sevgisi var!

Biz isə əksər hallarda yaxınlarımızdan uzağı görmürük, uzağı yaxşı qohum, yaxşı ata-ana və yaxşı övlad ola bilirik. Əksəriyyətimiz bundan o tərəfə gedə bilmirik.

Biz isə əksər hallarda yaxınlarımızdan uzağı görmürük, uzağı yaxşı qohum, yaxşı ata-ana və yaxşı övlad ola bilirik. Əksəriyyətimiz bundan o tərəfə gedə bilmirik. İctimai aspektlərə gələndə hər birimizdə sanki bir qəbilə təfəkkürü var, bütöv və monolit bir cəmiyyət olmağı bacarmırıq və bizim üçün ictimai və siyasi sərhədlər evimizdən, ən yaxşı halda da öz küçəmizdən o yana keçmir...

ÖZÜNDƏN BAŞLA!..

Bir çox hallarda düşünürük ki, yaşadığımız bu gerçəklik, ictimai mentalitet kimlərsə tərəfindənsə sırınıb bizə... Məsələn, hər dəfə eşidəndə ki, guya rüşvəti Azərbaycana çar məmurları gətirib, dərhal Füzulinin şikayətini yada salırdım: “Salam verdim, rüşvət deyil deyə alamadılar”...

Həm də nə qədər çalışırsan, əlləşib – vuruşursan, müqavimət göstərirsən, amma sonnda yenə də bir fikirlə razılaşamalı olursan – o da budur ki, hər bir cəmiyyət yaşadığı siyasi sistemə layiqdir.

Həm də nə qədər çalışırsan, əlləşib – vuruşursan, müqavimət göstərirsən, amma sonnda yenə də bir fikirlə razılaşamalı olursan – o da budur ki, hər bir cəmiyyət yaşadığı siyasi sistemə layiqdir.

Bəzən bunu təkzib etmək, belə yanaşmaların yanlış olduğunu göstərmək üçün misallar gətirirlər, nə bilim, Şimali və yaxud da Cənubi Koreyanı yada salırlar. Amma son nəticədə bu arqumentlərin heç biri adamı inandıra bilmir, sualları aradan qaldırmır. Məgər Şimali və Cənubi Koreya arsındankı fərq də elə onun nəticəsi deyilmi ki, Cənubda insanlar daha fədakar və mübariz, həm də daha diribaş oldular...

Bu günlərdə bir daha çox maraqlı və düşündürücü detala diqqət yetirdim, hərçənd, bu mənim üçün yenilik deyildi. Cəmi bir – iki günün içində ölkəni yaltaqlıq seli bürüdü. Fikirləşirdin, əcaba, doğrudanmı, bu adamların hamısını öyrədib televizyalara çıxarıblar? Məgər susmaq və ya heç olmasa, danışmamaq mümkün deyildimi?...

Söz sözü çəkər, yadıma Azərbaycanı tərk etmiş, artıq başqa ölkədə məskunlaşmış bir ziyalının etirafı, dediyi sözlər düşür. Deyirdi ki, Bakıda bir həftə yaşayandan sonra adamın könlündən yaltaqlanmaq keçir...

Ona görə də istəsən də, istəməsən də, razılaşsan da, razılaşmasan da bir daha barışmalı olursan ki, bizi əhatə edən gerçəklik, siyasi və ictimai münasibətlər o vaxt dəyişəcək ki, biz özümüz dəyişməli olaq. Nə qədər ki, bu baş verməyəcək, hər şey nəinki sabit qalacaq, hətta pisləşməyə və ağır olmağa doğru gedəcək...

... yenə məşhur “Özündən başla!” tələbinin məntiqilə hesablaşmalı olursan. Deyə bilərlər ki, qoca Şərq yüz illərdir ki, insanı kamilləşdirmək yolunu tuub, amma heç nə dəyişmir, bəs buna cavabınız nədir?

Ona görə də yenə məşhur “Özündən başla!” tələbinin məntiqilə hesablaşmalı olursan. Deyə bilərlər ki, qoca Şərq yüz illərdir ki, insanı kamilləşdirmək yolunu tuub, amma heç nə dəyişmir, bəs buna cavabınız nədir?

Belə cavab verərdik ki, Şərqin insanı kamilləşdirmək yolu da bir növ təcrid və izolyasiya deməkdir, bu proses qətiyyən cəmiyyət konteksində aparılmır, hətta onun inkar edilməsini və tamamilə Göylərə “çəkilməy”i nəzərdə tutur.

Gəl, Qərbdə belə olmadı – “Səfillər”dəki Jan Valjan kamilləşərək, dəyişərək cəmiyyətə qayıtdı. Qərb insanı dəyişdirdi ki, o digərlərini də dəyişdirsin, cəmiyyəti də kamilləşdirsin. Yalnız belə yolla qurtulmaq və layiq bir ictimai və siyasi sistemdə yaşamaq mümkündür.

Əks təqdirdə isə heç nə alınmayacaqdır, çünki geri və axsaq cəmiyyətlərdə ən uzağı maddi sərvətə çatmaq olar, o da ki, yalnız və yalnız başqalarını aldatmaqla, soymaqla, onların haqqını yeməklə. Belə cəmiyyətlərdə mənəvi yosulluq, mənəvi səfalət bir növ normadır və bir daha çox məşhur bir deyimi xatırladır: “İnsan insan üçün canavardır...”

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG