Keçid linkləri

Təcili xəbərlər

Xalq heç vaxt susmayıb, susmayacaq da...


Hər sahənin adamı nüfuzdan düşüb ölkədə.

Xalq polisi söyür, müəllimi, deputatı, aparıcını, hakimi, naziri, həkimi söyür.

Hamı məzhəkə obyektinə çevrilib. Hamı qınaq yeridi.

Bu o deməkdi ki, ölkədə salamat bir vint qalmayıb. Bu o deməkdi ki, bütün sahələr darmadağındı.

Bu o deməkdi ki, ölkədə salamat bir vint qalmayıb.

Bu o deməkdi ki, bütün sahələr darmadağındı.

Beləcə, hər şey vətəndaş üçün problemə çevrilib.

Hər şey stress yaşadır. Məhkəməlik işi olan, həkimlik işi olan əsəb keçirir. Televizora baxan, deputata qulaq asan, polis görən əsəb keçirir.

İnsanlar işsiz, hüquqsuz və bütün mənalarda qarantsızdı.

Bir sabitlik təsəllimiz vardı. Onun da zamanla bizə görə olmadığını anladıq.

Əslində, Azərbaycan hakimiyyəti ölkəni tanıtmaq üçün az iş görməyib. İndi dünyanın hansı ölkəsində olsan, Azərbaycandanam desən, biləcəklər.

Yalnız! İçdə elə problemlərimiz var ki, çöl bizi maraqlandırmır. Əksinə, ölkəni tanıtmaq üçün görülən işlərə qoyulan pullar cəmiyyəti qıcıqlandırır.

Qayğılar çoxdu, üstəlik, tanındıqca ölkəmizə, qayğılarımıza da diqqət artır və imicimiz formalaşır.

Qayğılar çoxdu, üstəlik, tanındıqca ölkəmizə, qayğılarımıza da diqqət artır və imicimiz formalaşır.

Bu imic isə beynəlxalq hesabatlara görə ürəkaçan deyil. Bizə bu ürəkaçmayan hesabatları “xarici qüvvələr Azərbaycanı istəmir” kimi təqdim edirlər.

Çox uzağa getməyəcəm. Son üç ildə Azərbaycanda ədalət istəyən insanların statistikasını yuvarlaq şəkildə təqdim etməyə çalışacam.

Fil qulağında yatanlar youtube kanalını izləsinlər.

Bəhanə tapılmasın deyə nə müxalifət mitinqlərini, nə Nardaran hadisələrini, nə hicabla bağlı etirazları sayacam. Birinin siyasi, digərinin ideoloji əsası var deyək.

Üstəlik, aksiyaların ən qaynar dönəmi olan 2011-ci ili də 2010-2012 zaman kəsiyindən kənarda saxlayacam.

Burdan giriş edirəm:

Bir ölkə var idi. Orda insanın hüququ pozulmuşdu. İnsan hara şikayət etsə də baxan olmurdu. Bunu görən insan kamera önündə diri-diri iynə sap götürüb qanı axa-axa ağzını tikərək özbaşınalığa etiraz edir.

Bu, nağıl deyil! Mənim ölkəmdə baş verib. Nəsimi rayonu 114 saylı uşaq bağçasında yaşayan, kamera önündə əzabla ağzını tikən Nicat İbrahimdən danışıram. Dünyanın harasındasa ağzını tikən vətəndaşın görüntüləri yayılıb? Bu artıq faciə də deyil. Bu faciəvi çarəsizliyə yenilməmək instinktidir, bir xalqın yetişdirdiyi oğulun son anacan mübarizlik göstəricisidir.

Bu xalqa diqqətlə baxın. Qorxaq damğası vurmağa çalışdığınız bu xalq heç susmadı, heç vaxt susmadı.

Bu fərdi aksiyalardan qanlı nümanələrdir. Ölüm aksiyaları da var. Məsələn, Qarabağ qazilərinin özünü yandırması. Siz dünyanın hansısa ölkəsində savaşda canını qoyan adamın ölkəsindəki özbaşınalığa etiraz olaraq canını yandırmasını görmüsüzmü?! Səhiyyə nazirliyi önündə təkbaşına üsyan edən 26 yaşlı Həmzəyeva Nahidə xanım yadınızda? Bu qadın Azərbaycanda yetişib. Balakən sakini icra hakimiyyəti qarşısında aksiya keçirən Mirvari Mustafayeva da. Sovetskidə "prezident hara baxır" sualıyla hamıya üz tutan o yaşlı qadın da. Bu xalqa diqqətlə baxın. Qorxaq damğası vurmağa çalışdığınız bu xalq heç susmadı, heç vaxt susmadı. Cavan-cavan uşaqların etirazlarını, heykəl yazısını, həbsə açıq gözlə getmələrini, bütün təpkilərə baxmayaraq sözü satmayan jurnalistləri, siyasi fəalları, hüquqçuları bu mövzuya qatmayacam. Onları xarici qüvvələr öyrədiblər axı. Sadə xalqın dili ilə danışacam.

Hələ əməliyyat masalarında yanlış diaqnozla öldürülən, şikəst qoyulan adamların əzizlərinin məhkəmələr önündən çəkilmədiklərini, dövlət qurumları qarşısında günlərlə bir kəlmə söz deməyə adam axtarmalarını, insanların öz hüquqlarını bərpa etmək üçün hər yerə baş vurmalarını və başqa bu kimi halları incələməyəcəm.

Ayrı mövzudu və o da başqa vaxta qalsın.

2012-dən Azərbaycanda ayrı-ayrılıqda minə yaxın etiraz aksiyası olub. Düz oxuduz, minə yaxın – bəlkə də çox.

2012-dən Azərbaycanda ayrı-ayrılıqda minə yaxın etiraz aksiyası olub. Düz oxuduz, minə yaxın – bəlkə də çox.

2012-ci il Martın 1-də icra başçısı “Qubanı qubalılar satıb” dediyinə görə millət orda ayağa qalxdı. Daşı daş üstündə qoymayan qubalılar icra başçısına bölgənin yiyəsinin kim olduğunu göstərdilər, başçının evini yandırdılar. Etirazçılar su şırnağı, güllə səsləri ilə üz-üzə qaldılar. Ancaq icra başçısı görəvindən alındı. Həmin dönəmdə həbs olunanların buraxılacağı sözü verilsə də olmadı. Cəza alanların içində Əliyev Habil Əhməd oğlu üçüncü qrup Qarabağ əlili var idi. Hadisələr zamanı ayağı sındığı üçün onu həbsə xərəklə apardılar. 2016-cı il Yanvarın 15-i Quba hadisələri təkrarlandı. Ölkədə son beş ildə olan ən böyük aksiyalardan idi.

Daha nələr olub?

2013 – İsmayıllı hadisələri. Bu üsyanda siyasətçilər, fəallar, sadə vətəndaşlar həbs olunub, döyülüb, şikəst qalıb, ölüb, yaralanıb. İki fevral 2013-də gənclərin şəhərin mərkəzində İsmayıllıya dəstək aksiyası oldu.

Bakıdakı “Əsgər ölümlərinə son” da iri çaplı aksiyalardan idi.

Savaş olmadığı halda durmadan əsgər meyiti gəldiyi üçün insanlar yürüşə çıxdılar. "Orduda özbaşınalığa son" şüarları səsləndirdilər.

Əsgər qanına bulaşan adamları cəzalandırmaq yerinə aksiya iştirakçıları həbs edildi. Hə, eynən belə bir absurd yaşandı.

Sumqayıtda 2012-dən bu yana fəhlələrin etirazı (2016 Oktyabr, Yanvar), Sumqayıt bazarında etiraz, 2016-cı il Yanvarın 11-də Sülh küçəsində obyektləri sökülən insanların harayı, köçkünlərin etirazı və bir sıra başqa kiçik etirazlar (dediyim kimi 2011-ci ilin Fevralında Sumqayıtdakı aksiyanı seçdiyimiz zaman kəsiyindən kənarda saxlayıram).

Son üç-dörd ildə Bakıda da durmadan aksiyalar baş verib.

Evləri sökülən, qanunsuz tikili kimi dağıdılan sakinlərin, Qış bulvarının yerində yaşayanların, Sovetski sakinlərinin günlərlə səngiməyən, kütləvi aksiyaları olub...

Evləri sökülən, qanunsuz tikili kimi dağıdılan sakinlərin, Qış bulvarının yerində yaşayanların, Sovetski sakinlərinin günlərlə səngiməyən, kütləvi aksiyaları olub. Avtovağzal yolunda - "Motodrom" ərazisində metro stansiyası tikintisi üçün evləri sökülən sakinlər yolu kəsib haqlarını tələb ediblər. Ayrı-ayrı ərazilərdə yaşayan məcburi köçkünlər – Gəncə prospektindəki yataqxanada, Qanlı Göl-Badamdarda, Yasamalda, Nəsimi rayonunda, Ziya Bünyadovda qazsız, işıqsız daxmalarının üstəlik dağıdılmasına etiraz ediblər. Sonuncular lap təzəlikcə - 8 Fevral və 13 Fevral 2017-də olub.

Xutorda, Qaraçuxurda, Bayılda köçkünlər ədalət istəyiblər. Cəbrayıl qaçqınları olan Mirzəyevlər ailəsi uçuq daxmalarının yanında jurnalistləri çağırıb dərdlərini danışıblar. Bu, haqqını istəmək, susmamaq deyil? Və belə ailələr yüzlərlədi.

2014 -cü ildə Yasamal rayonunda evləri sökülənlərin aksiyası olub. Sabunçu rayonunda 7 fevral 2017-də binaları qəzalı olan, işıqsız, susuz, istiliksiz 250 ailənin aksiyası olub.

Şüvəlanda, Bilgəhdə, Sulutəpədə, Hövsanda da ədalət istəyənlər haray salıb.

Zığ qəsəbəsində sakinlər 31 Yanvar 2016-da kiçik “işsizlik aksiyası” ediblər.

10 Yanvar 2013-cü ildə Binə ticarət mərkəzində mitinq olub. Ticarətçilər gündən günə artan yer haqqını ödəyə bilmədiklərini deyiblər. Silahlı polisər yeridilib, dəhşətli təzyiqlər, küçə işkəncələri, həbslər öz yerində.

Masallıda pensiyaçıların aksiyası, Lənkəranda yol qəzalarına qarşı aksiya - keçidin olmaması, dəfələrlə bu yerlərdə ayrı-ayrılıqda işsizliyə, kommunal bahalığa qarşı aksiyalar, Liman sakinlərinin etirazları, 2015-ci ildə Polis Şöbəsində ölən Bəhruz Hacıyevə görə qəzəblənən Mingəçevirlilərin aksiyası və polislə qarşıdurması, adamların döyülmə səhnələri hamısı həmişəki kimi dəyişməz qalıb. Gəncədə 2016 Fevralda, 2017-də etirazlar olub, Yanvar ayında tibb işçiləri xəstəxana bağlandığına, işsiz qaldıqlarına görə aksiya keçiriblər. İmişlidə 2013-də aksiya olub. 2012-ci ildə Sabirabadda olub. Kənd sakinləri icra hakimiyyəti önünə yürüş ediblər. Oktyabr ayında Saatlı - Sabirabad yolunda daşqınlardan zərər çəkənlər etiraz edib, 2013-də qohumlarının haqsız yerə həbs olunmasına etiraz edən Sabirabadlı ailə aksiya edib, 2016-cı ilin Yanvar ayında bir neçə rayonda Ağcabədi, Lənkəranda, Siyəzəndə, Ağsuda, Fizulidə bahalaşmaya kütləvi etirazlar olub. Vəziyyət o yerə çatıb ki, Siyəzənə, Fizuliyə daxili qoşunlar yeridilib. 2014-cü il PA-nın qarşısında işdən çıxarılan bələdçilərin aksiyaları olub. Avqustun 26 da 2015-də maaşlarını ala bilməyən dəmiryolçular aksiya keçirib. Ağstafa rayon prokurorluğu önündə vətəndaşlar 2016-cı il noyabr, yanvar aylarında ədalətsiz hökmlərə etiraz ediblər.

Bakı universitetlərində tələbələrin test üsullu imtahanın ləğvinə etirazları olub. BDU da 2014-cü il Fevralın 20-si kəsirlərin pulla ödənilməsinə qarşı çıxıblar.

2014-də Metropolitenin ticarətə qoyduğu qadağa, təzminatsız, dəstəksiz insanları birdən - birə çölə atmaq qərarı veriləndə ticarətçilərin ayrı-ayrı stansiyalarda və birgə dəfələrlə ciddi, kütləvi etirazları olub. Polislə qarşıdurma yaranıb, adamlar döyülüb, həbs edilib. Qadınlar aksiyanın öncüllərinə çevriliblər.

2017-də 27 Yanvarda Ağdam Ağcabədi yolunu bağlayanlar cana doyduqlarını deyiblər. Bütün bunları edən xarici qüvvələrdi? Yox. Xalq heç vaxt susmayıb. Bu, aldanışdı.

2017-də 27 Yanvarda Ağdam Ağcabədi yolunu bağlayanlar cana doyduqlarını deyiblər. Bütün bunları edən xarici qüvvələrdi?

Yox. Xalq heç vaxt susmayıb. Bu, aldanışdı.

Sadəcə bu xalq mədənidi. Evin böyüyünə hörmət adəti var.

“Mən səndən bu ölkənin vətəndaşı kimi haqqımı istəyirəm.

Ayağımın altındakı torpağın altı da sərvətdi. O sərvətdən mənə düşən payı istəyirəm.

Mən səndən, şəxsən səndən heç nə istəmirəm" deyən Ağdamlı dayını da dilə gətirən xarici qüvvələrdi?

İsayev Aydınlar, Kərim Kərimlilər, Quliyev Tağılar, Əliyev Sərhadlar ... bu adamlar məşhurlar deyil. Bu adamlar sadə azərbaycanlılardı. Onları yayınladıqları videolardan tanımışam. Bu adamlar kimlərin adamlarıdı? Məncə, xalqın. Sizcə? Xalqa tullantı deyən o deputatı gördüz xalq nə günə qoydu? Aprel hadisələrində bu xalq heç də razı qalmadığı hökuməti divara dirəyib silah tələb edirdi. Göz qırpımında küçələrə tökülüb torpağını almağa hazır olduğunu bütün dünyaya göstərdi. Və kimsə deyir ki, vətəni üçün ölümə diri gözlə gedən bu toplum qorxaqdı? Amma biləsiz, siz onun vətən duyğusundan özünüzü təmizə çıxarmaq üçün istifadə etdikcə, öz xeyrinizə işlətdikcə o bu duyğunu sizdən qoruyacaq.

Bir vəsiyyəti heç unutmuram. 2012 ci il dekabr ayının onunda paytaxtın mərkəzində aksiya var idi. Orda 72 yaşlı dayının dedikləri yadımdan çıxmır. Cavanlar gərək öz haqlarını istəsinlər. Mən ölməmişdən sizin ağ günə çıxdığınızı görmək istəyirəm... Xalqıma baxıb bu cümlələri düşünüb öz-özümə həmişə deyirəm: Bu xalq mütləq ağ günə çıxacaq. 2012 dən bu yanı dindirəcəm demişdim. Sözümü tuturam. Bircə onu qeyd etməyi vacib bilirəm. 2003 - dən sonra Azərbaycan xalqı yalnız 2004 və 2006 da aksiya etməyib. Çünki dəhşətli dərəcədə yorulmuşdu. Bütün bunlar statistikadı. Təxəyyül məhsulu deyil. Bu tarixi mən yazmamışam. Bu tarixi Azərbaycan hakimiyyəti və xalqı yazıb. Mən bu tarixi qələmə almışam.

Ardı mütləq olacaq!

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

XS
SM
MD
LG