Keçid linkləri

Təcili xəbərlər

Ermənilərdən nə öyrənə bilərik?


İşğalçı və düşmən dövlət olan Ermənistanda maraqlı proseslər gedir. Etirazlar artır, parlament respublikasına keçirlər, Sarkisyana qəst cəhdi olub - bütün bunları analiz edən bir normal qurumumuz yoxdur.

Sabah Qarabağla bağlı hər hansı təklif, saziş olsa, həmin sənədi parlamentləri təsdiq etməlidir.

Sarkisyan təkbaşına məsuliyyət altına girmək istəmir, parlament respublikasına keçməklə həm səlahiyyətlərini, həm də məsuliyyətini bölüşmək istəyir. Sabah Qarabağla bağlı hər hansı təklif, saziş olsa, həmin sənədi parlamentləri təsdiq etməlidir. Parlamentdə isə, seçkidən sonra, çox güman 4-5 fraksiya olacaq. Bütün fraksiyaların razılığı tələb olunacaq, beynəlxalq güclər tək adamla deyil də, parlamentlə, bütün fraksiyalarla anlaşmalı olacaq ki, bu da düşmən ölkənin güzəştə getməyəcəyi anlamına gəlir.

Ağıllı addımdır, düşməni öyrənmək, atdıqları addımların məntiqini hesablamaq lazımdır. Bizim hökumət elə bilir ki, "ermənilər acından ölür" deyib İrəvan yollarında köhnə maşın göstərməklə, "bizim hərbi büdcəmiz Ermənistanın büdcəsindən çoxdur" cümləsini tez-tez işlətməklə iş bitir.

Bizim hökumət elə bilir ki, "ermənilər acından ölür" deyib İrəvan yollarında köhnə maşın göstərməklə, "bizim hərbi büdcəmiz Ermənistanın büdcəsindən çoxdur" cümləsini tez-tez işlətməklə iş bitir.

Bizdə parlamentdə fraksialar yox, müxalif səs yox, təyin olunmuş deputatlar tək adamdan gələn bütün təkliflərə, mətni oxumadan ikiəlli səs verirlər. Cəmiyyətdə etiraz da yoxdursa, deməli, əsas təzyiq, güzəşt istəyi biz tərəfə - tək adama olacaq.

Sosial şəbəkələr, cəmiyyət də heç hökumətdən uzağa getməyib, Sarkisyanın gəlin paltarında, eşşək formasında fotosunu yayıb, "like etməyən ermənidir", yazmaqla, güya, düşmənə cavab verirlər.

Ağlın, məntiqin, çoxsəsliliyin öndə olmadığı sistemdə heç vaxt düşmənə qalib gələ bilmərik. Tək adam sistemi bizim mövqeləri zəiflədir, buna görə də ölkəmiz üçün, Qarabağ üçün tezliklə məsuliyyətin və səlahiyyətin adil bölüşdürüldüyü sistemə keçməliyik, yoxsa Qərbli-Rusiyalı, hamısı güzəşti bizdən, haqlı, amma təksəsli tərəfdən istəyəcəklər...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG