Keçid linkləri

Təcili xəbərlər

Ən şirin iş: şokolad dequstatoru axtarılır


İnternetdə cazibədar bir vakansiya – şokolad dequstatoru elanı yayılıb. KİV-də yayılan məlumatlara görə, Mondelez şirkəti Milka, Oreo və Cadbury brendləri altında istehsal edilən şokoladlar üçün dequstatorunun tələb olunduğu haqda iş elanı yerləşdirib. Vakansiyanın vəzifə öhdəlikləri şirkətin rəsmi saytında yer alıb.

Şirkət kakao və şokoladın dadını hiss edə bilən bir işçi axtarışındadır. Namizəd şokoladın dadını hiss etməyi bacarmalı, şirniyyatları obyektiv şəkildə dəyərləndirməli və digər dequstatorlarla təəssüratlarını müzakirə etməlidir. İngilis dili biliyi və həvəs də mütləqdir. İş yeri isə Britaniyanın Redinq şəhərindədir. İş cədvəlinə əsasən dequstator həftədə üç dəfə saat 12.15-dən 14.45-ə qədər Redinqdə olmalıdır.

Bu iş arzusunda olanlar tələsməlidirlər, çünki Mondelez İnternational şirkəti kifayət sayda maraqlı olan kandidatları topladıqdan sonra vakansiyanı bağlayacaqlarını qeyd edib.

Ən son yazılan

XS
SM
MD
LG