Keçid linkləri

Təcili xəbərlər

RoboCop artıq realdır! Robot polis iş başında


robocop china robot police
robocop china robot police

Çinin Henan əyalətindəki Çjençjou şəhərində sürət qatarları üçün vağzalda ilk robot polis patrulu peyda olub.

Yaxın zamanlarda robotun gözləmə zallarında daha çox sərnişinin olduğu gecə saatlarında növbə çəkməyə başlayacağı deyilir.

Boyu insan boyundan hündür olmayan, hər bir hava şəraitində işləyə bilən robot təkər üzərində sərbəst hərəkət edir. Onun sistemi elə qurulub ki, insan nəzarətinə ehtiyacı yoxdur.

Sürət qatarları üçün terminallarda işə başlayan robot fevralın 17-də istifadəyə verilib. Polis belə robotların köməyilə ətrafdakı insanların üzlərini qeyd edir, sərnişinlərin suallarına cavab verir və ətrafa nəzarət edir. Robot insanların üzlərini tanıya, havanın temperaturu və keyfiyyəti barədə məlumat verə, yanğın və başqa təhlükələr barədə xəbərdarlıq edə bilir.

Robot bir həftə insanın köməyi olmadan gözləmə zalında xidmət edəcək. Əgər sınaq uğurlu keçsə, müntəzəm olaraq gecə növbəsinə çıxarılacaq.

Çin hər il robot layihələrinə xərclərini artırır. Ölkə get-gedə daha çox özünü robot ölkəsi kimi görünür. Çinin Maşın Sənayesi Federasiyası ÇXR-in 2020-ci ilədək dünyanın ən intensiv avtomatlaşdırılmış ölkələrindən biri olmasını qarşıya məqsəd qoyub.

Ən son yazılan

XS
SM
MD
LG