Keçid linkləri

Təcili xəbərlər

'Google'dan səyahəti sevənlərə yenilik


Google
Google

«Google» şirkəti yeni mobil proqramını tətbiq edib. «Google Trips» adlanan proqram səyahəti sevənlərdən ötrü düşünülüb.

Mobil proqramla dünyanın 200-dək müxtəlif şəhərinə səyahətləri planlaşdırmaq olar.

«Google Trips»in köməyi ilə istifadəçi getmək istədiyi yerdəki maraqlı məkanlar, nəqliyyat, otellər, restoranlar və ona gərəkən digər bilgiləri əldə edə bilər.

İstifadəçi proqramda getmək istədiyi yeri seçir, sonra bu yerlə bağlı məlumatları alır.

«Google Trips»lə gündəlik səyahət planı hazırlaya bilərsiniz. Bu planı yaddaşda saxlayıb, istənilən vaxt məkanların sayını, məzmununu dəyişmək olar.

Proqram, hələlik, yalnız ingilis dilində işləyir.

«Google Trips» həm iOS, həm də Android platformalı cihazlarda əlçatandır.

XS
SM
MD
LG