Keçid linkləri

Təcili xəbərlər

Oğurlanmış noutbuk prototipi Çində satışa çıxarılıb


Notebook stolen auction China
Notebook stolen auction China

Razer Project Valerie modeli olan noutbuk bu il Las-Veqasda keçirilən sərgidən oğurlanaraq Çinin Taobao saytında satışa çıxarılıb. Satıcı satdığı bu cihaza görə 150 min yuan (21,700 dollar) istəyib.

İstifadəçilər elanı görüb saytın administrasiyasına şikayət ediblər. Bundan sonra bu pozisiya həmin saytdan silinib. Hal-hazırda istifadəçilər satışa qoyulan avadanlıq haqqında daha detallı məlumat toplamağa çalışırlar: bəziləri düşünür ki, bu adi bir zarafat olub, digərləri isə əksinə, əmindirlər ki, Valerie okeanın o biri tayına keçirilərək Çində peyda olub.

Project Valerie dünyada ilk üç displeyi olan noutbukdur. Ekranı 17,3 düym olan ekranların ümumi görüntü keyfiyyəti 12K (11520 x 2160 piksel) təşkil edir. Avadanlığın satışa buraxılacağı tarix və qiyməti hələ ki məlum deyil.

Noutbukun nümayiş versiyası sərginin son günündə oğurlanıb. Razer-in direktoru Min-Lyan Tana (Min-Lang Tan) oğrunun yaxalanmasında yardımçı ola biləcək hər bir məlumat üçün 25 min dollar mükafat verəcəyini vəd edir. Buna baxmayaraq, noutbuk hələ də tapılmayıb.

Ən son yazılan

XS
SM
MD
LG