Keçid linkləri

Təcili xəbərlər

Marsın gələcək 1058 sakini artıq seçilib


Qırmızı planetdə yaşayacaq ilk 1058 sakin artıq Mars One şirkəti tərəfindən seçilib. Planetdə ilk məskunlaşmanın 2023-ci ildə həyata keçiriləcəyi planlaşdırılır.

İlk seçim mərhələsinə demək olar ki, 200 000 min nəfər müraciət edib. Adıçəkilən şirkətin verdiyi məlumata görə, Marsa bir tərəfli bilet alan insanların böyük hissəsi ABŞ sakinləridir. 297 amerikalı 2023-ci ildə marslı olacaqlar. İkinci yerdə 75 nəfər Kanada vətəndaşlarıdır, onlardan sonra Hindistan – 62 nəfər gəlir. Rusiyadan Marsa uçacaq sakinlərin sayı 52 nəfərə çatır. İlk xoşbəxt min nəfərin siyahısına 107 ölkənin vətəndaşları daxildir.

Müraciət edənlərin 55 faizi kişidir və böyük hissəsi kifayət qədər gəncdir: 357 nəfər 25, 415-i isə 35 yaşa qədərdir. 26 nəfərin isə yaşı 56-dən çoxdur. Ən yaşlı astronavtın isə 81 yaşı var.

Mars One-ın bu layihəsinə 6 milyard dollar sərmayə qoyulub. Şirkət gələcəkdə bu layihədən realiti-şou proqramı da etmək niyyətindədir. Yer planetinin sakinləri Marsa uçuşu, hazırlıq proseslərini, onların Qırmızı planetdə məskunlaşmasını və digər şeyləri izləyə biləcəklər. Mars One-ın rəhbərləri olan Bas Lensdrop və Arno Vilders bildiriblər ki, televiziya translyasiyası gələcək layihənin ciddilik səviyyəsinə təsir göstərməyəcək.

Onu da qeyd edək ki, Marsda insanları məskunlaşdırmaq planı yalnız Mars One-a aid deyil. ABŞ-ın keçmiş prezidenti Barak Obama hələ altı ay öncə çıxışlarının birində qeyd etmişdi ki, NASA alimləri 2030-cu ilə Qırmızı planetə astronavtları göndərəcək, onlar isə öz növbəsində orada araşdırma mərkəzi yaradacaqlar.

Ən son yazılan

XS
SM
MD
LG