Keçid linkləri

Təcili xəbərlər

Trampla Merkel niyə anlaşmadılar?


MERKEL NİYƏ PUTİNƏ SALAM GÖNDƏRDİ?

Hələ ötən həftənin sonlarında baş tutsa da, Almaniya kansleri Anqela Merkellə ABŞ prezidenti Donald Trampın görüşü indi də siyasi təhlilçilərin diqqətindədir. Səbəbi də aydındır. Getdikcə Avropanın liderinə çevrilməkdə olan xanım Merkelin ABŞ prezidenti ilə görüşü çox mühüm bir məsələyə - dünyanın yeni siyasətinə aydınlıq gətirməli idi.

Amma görüş düşünülən qədər də məhsuldar və anlaşıqlı olmadı, hətta bir az da soyuq keçdi. O qədər soyuq ki, Ağ Evin sözçüsü jurnalistlərin təkidinə rəğmən iki liderin əl verib görüşməməsini “şərh” etməli oldu.

Amma görüş düşünülən qədər də məhsuldar və anlaşıqlı olmadı, hətta bir az da soyuq keçdi. O qədər soyuq ki, Ağ Evin sözçüsü jurnalistlərin təkidinə rəğmən iki liderin əl verib görüşməməsini “şərh” etməli oldu.

Üstəlik, Rusiya mənbələrinin yazdığına görə vətənində təyyarədən düşərkən Merkelin öz məmurlarına dediyi ilk sözlər “Vladimir Putinə məndən salam deyin!” oldu.

Bir az irəli qaçmaq kimi yozula bilsə də, bəri başdan deyək ki, böyük ehtimalla Merkel başa düşdü ki, indi o, ilk növbədə Rusiya prezidentilə anlaşmağa çalışmalıdır...

Tramp isə Merkelə ölkəsinin Avro-Atlantika siyasətinə sadiq qaldığını desə də görüşdən dərhal sonra sosial şəbəkələrdə belə bir şey yazdı ki, Almaniya bu vaxta qədər müdafiə məqsədləri üçün ABŞ-dan bir xeyli vəsait qoparıb...

TRAMP HƏLƏ DƏ ÖZGƏ ROLDADIR...

Niyə belə oldu? Bunun da əslində səbəbi aydındır. Artıq iki aydır ki, prezident olmasına baxmayaraq Trampın bir çox məsələlərə münasibəti aydınlaşmayıb. Belə məsələlərdən biri də trans-Atlantik təhlükəsizlik və əməkdaşlıq arxitekturasıdır.

Trampın istəkləri hamıya yaxşı bəllidir. O diqqəti ABŞ-ın içinə yönəltməyin tərəfdarıdır. NATO bir yana, hətta BMT kimi təşkilatların işindən narazıdır.

Bəli, seçki vaxtı dediklərini heç cür reallaşdıra bilməyən Tramp könülsüz şəkildə diplomatik şablonları təkrar edir. Bir tərəfdən medianın, digər tərəfdən cəmiyyətin, o biri tərəfdən də təhlükəsizlik strukturlarının pressinqi ona istədiyi siyasəti yürütməyə imkan vermir. Düzdür, onun diplomatları və başqa məmurları ölkələrə səfərlər edir, danışıqlar aparırlar. Amma bütün bunlara baxmayaraq bu vaxta qədər Tramp hələ, necə deyərlər, özü ola bilməyib...

Trampın istəkləri hamıya yaxşı bəllidir. O diqqəti ABŞ-ın içinə yönəltməyin tərəfdarıdır. NATO bir yana, hətta BMT kimi təşkilatların işindən narazıdır. Bütün bunlar yetərincə bəllidir. Amma ziddiyyətlər, ən əsası da Avropa ilə ABŞ arasındakı indiki anlaşılmazlıq yalnız bunlarla bağlıdırmı?

HƏM SİPƏR, HƏM DƏ PUL KİSƏSİ KİMİ...

Güman edirəm ki, yox. Amma əvvəlcə bir məsələni də qeyd edim. Əgər Tramp Merkeli bir az isti qarşılasaydı bundan bir seyrçi kimi mən heç də xoşhal olmazdım. Bunu səmimi şəkildə etiraf edirəm...

ABŞ Türkiyənin Avropa ilə ciddi inteqrasiya etməsinin, hətta Avropa Birlyinin üzvü olmasının tərəfdarıdır. Avropa isə illərdir ki, buna məhəl qoymur...

Məsələ bundadır ki, Avropaya da ABŞ öz məqsədləri yolunda bir sipər kimi lazımdır. Qoca Dünya kifayət qədər müstəqil siyasət aparır. Elə bu günlərdə Avropa ilə Türkiyə arasında yaşanan problemləri götürək. Bəli, ABŞ-la Türkiyə arasında da müəyyən problemlər var. Amma bunlar daha çox Yaxın Şərqdəki bəzi məqamlarla bağlıdır. Ümumi hesabla götürəndə isə Türkiyə ABŞ-ın ən yaxın müttəfiqlərindən biridir...

Amma gəl, Avropa nə edir? ABŞ-ın istəyinə rəğmən uzun illərdir ki, Ankaranı Avropa Birliyinə buraxmır ki, buraxmır. ABŞ Türkiyənin Avropa ilə ciddi inteqrasiya etməsinin, hətta Avropa Birlyinin üzvü olmasının tərəfdarıdır. Avropa isə illərdir ki, buna məhəl qoymur...

Məsələ hətta tək Türkiyədə də deyil. Məsələn, ABŞ Gürcüstanın NATO-ya üzv olmasını istəyir. Amma həmin Avropa, həmin xanım Merkel bunu da əngəlləyir.

Avropaya ABŞ sipər və bir də “pul kisəsi” kimi lazımdır. Güman ki, bunu Vaşinqtonda da başa düşürlər və elə bu səbəbdən Tramp bir çox məsələləri təftiş etməyə çalışır.

Ona görə də bir daha deyirəm ki, Avropaya ABŞ sipər və bir də “pul kisəsi” kimi lazımdır. Güman ki, bunu Vaşinqtonda da başa düşürlər və elə bu səbəbdən Tramp bir çox məsələləri təftiş etməyə çalışır.

Bunları deməklə heç də Türkiyənin, xüsusən də Rəcəb Tayyib Ərdoğanın suçunu inkar etmirəm. Müsəlman dünyasının demək olar ki, yeganə demokratik ölkəsi – Türkiyə getdikcə avtoritarlaşmaqdadır. Aprel ayında keçiriləcək referenduma çıxarılan təkliflər isə bu prosesi bir az da sürətləndircək.

Üstəlik, Türkiyənin prezidentinin siyasi ritorikası sərhəd bilmir, o, hamının qarasınca deyinir. Hamını yamanlayan isə bir gün görəndə ki, hamı ona qarşı birləşib, bundan qətiyyən təəccüblənməməlidir. Bu gün bir məsələni dəqiqliklə demək olar ki, Ərdoğanın xarici siyasəti Türkiyənin dostlarının sayını nəinki artırmadı, hətta əksinə azaltdı...

YOLLAR MOSKVAYA APARIR?..

Qərəz, dünyanın siyasət düyünü heç açılmaq bilmir. Merkel Trampla anlaşa bilmədi. Bu yaxınlarda isə onun Moskvaya səfər edəcəyi gözlənir və bu proseslərdə xoşa gəlməyən bir cəhət var – Putinin siyasi çəkisi daha da artmaqdadır...

Əgər ABŞ kimi dövlətdə də ciddi şəkidə Rusiyanın seçkilərə müdaxiləsindən danışırlarsa, onda digər ölkələr nə etsin? Hətta Merkelin təyyarədən düşərkən ilk sözləri “Mənim salamımı Putinə çatdırın!” oldusa, onda digər dövlətlər və xüsusən də gənc dövlətlər nə etsin? Bunları seyr edəndən sonra onlar Kremlin qapıları önündə növbə tutmağa tələsməyəcəklərmi?..

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG