Keçid linkləri

Təcili xəbərlər

Telefonunuz sizi üzdən tanıyacaq


Apple şirkəti üz tanıma texnologiyaları hazırlayan RealFace startapını satın alıb.

İsrail firması RealFace-ə Apple-ın nə qədər pul verdiyi açıqlanmasa da, bir neçə milyon dollar olduğu təxmin edilir.

RealFace 2014-cü ildə qurulub və əsas fəaliyyət istiqaməti üz tanıma texnologiyalarıdır.

RealFace-in iOS üçün hazırladığı “Pickeez” mobil proqramı istifadəçinin sosial şəbəkələrdəki fotolarını incələyir və ən yaxşılarını seçməyə çalışır.

Bir müddətdir iPhone 8-in barmaq iziylə tanıma (Touch İD) yerinə üz tanıma özəlliyinə sahib olacağı fikri dolaşır. Şirkətin yeni satınalınması RealFace bu söyləntilərin doğru ola biləcəyini göstərir.

Real Face Apple-ın satın aldığı ilk İsrail firması deyil. 2011-ci ildə şirkət sürətli yaddaş, saxlama xidməti “Anobit”i 400-500 milyon dollara, 2013-cü ildə isə 3D sensor firması “PrimeSense”i 345 milyon dollara alıb. 2015-ci ildə isə Apple kaamera texnologiyalarıyla fərqlənən “LinX” üçün 20 milyon dollar ödəyib.

Ən son yazılan

XS
SM
MD
LG