Keçid linkləri

Təcili xəbərlər

Hitlerin nüvə silahı olub?


Açıqlanmış məxfi sənədlərə görə, Adolf Hitler İkinci dünya müharibəsinin sonunda nüvə silahına malik imiş. Silah üzərində işləyən alimlərin ifadələrinə görə, sadələşdirilmiş atom bombası hətta uğurla sınaqdan keçibmiş.

Alman “Bild” jurnalının səhifələrində Adolf Hitlerin fəaliyyəti haqqında Vaşinqtonda yerləşən Milli Arxiv idarəsinin açıqlandığı məxfi məlumatlar yer alıb. Açıqlanan məlumatlara görə, fürerin nüvə silahı varmış, lakin onu bütünlüklə döyüşə hazır vəziyyətə gətirməyə çatdırmayıb. Ekspertin fikrincə, Hitler 1944-cü ildə silah sinaqdan keçirilib, lakin onu tətbiq etməyə vaxy çatmayıb.

APO 696 saylı sənəddə alman pilotunun 1944-cü ildə Lüdviqslurtda göbələk formalı tüstü buludunu gördüyü yazılır. Bu isə adətən nüvə silahının istifadəsindən sonra yaranır. O da qeyd olunur ki, Adolf Hitler Lebek yaxınlığında nüvə sınaqları üçün poliqon da yerləşdirib. Şahidlərin sözlərinə görə, tüstü 10 kilometr məsafəyə qədər yayılıb, uçuş zamanı isə rabitə əlaqələrində texniki problemlər də müşahidə edilib. Eyni hadisəni Mussolininin məhz bu silahın mövcud olub-olmadığını yoxlamaq üçün Almaniyaya göndərdiyi jurnalist Luici Romers də görüb.

Ən son yazılan

XS
SM
MD
LG