Keçid linkləri

Təcili xəbərlər

Cümhuriyyətin 100 yaşına... Cümhuriyyətsiz?!


Gələn ilin 28 mayında türk və müsəlman Şərqinin ilk Respublikasının – Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasından 100 il keçəcək.

Bu əlamətdar ildönümünə 1 ildən bir az artıq qalmış isə I vitse-prezident təyinatı ilə ölkənin monarxiyaya çevrilməsinə doğru atılmış daha bir iri addımın şahidi olduq.

***

Cümhuriyyət – Respublika sıradan siyasi bir qavram deyil.

Diqqətlə baxdıqda, məsələn, ərəb coğrafiyasındakı xeyli ölkənin adının arxasında “respublika” sözünün yazıldığını görərsiniz.

Çünki Respublika bir siyasi qavram olduğu qədər və hətta ondan daha artıq, bir fəlsəfədir. Bu fəlsəfənin kökündə hakimiyyət qollarının müstəqilliyi qədər, insan haqları və özgürlükləri dayanır.

Ya da Afrikada çağdaş, modern idarəetmə tərzindən və təfəkküründən uzaq nə qədər ölkənin adının arxasına məhz “respublika” sözü yazılır.

Bu, onların sözün həqiqi mənasında respublika olduğuna dəlalət etməz.

Çünki Respublika bir siyasi qavram olduğu qədər və hətta ondan daha artıq, bir fəlsəfədir. Bu fəlsəfənin kökündə hakimiyyət qollarının müstəqilliyi qədər, insan haqları və özgürlükləri dayanır.

Bir yandan hakimiyyətin bütün qollarını (icra, qanunverici, məhkəmə) bir əldə cəmləşdirərək, o biri yandan da insanların ən elementar hüquqlarını və azadlıqlarını məhdudlaşdıraraq, gerçək anlamda Respublika ola bilməzsiniz.

Xalqın iradəsindən kənarda hakimiyyət formalaşdıraraq həqiqi mənada Respublika ola bilməzsiniz.

***

Bütün bunlarla birgə Respublika – çağdaşlıqdan kənarda da əsla və əsla təsəvvür edilə bilməz.

...orta çağlara və ondan öncələrə xas hakimiyyətin ailə təməlləri üzərində qurulması çağdaş zamanın ruhuna nə qədər ziddirsə, Respublikanın fəlsəfəsinə, dəyərlərinə, prinsiplərinə də o qədər ziddir.

Məsələn, orta çağlara və ondan öncələrə xas hakimiyyətin ailə təməlləri üzərində qurulması çağdaş zamanın ruhuna nə qədər ziddirsə, Respublikanın fəlsəfəsinə, dəyərlərinə, prinsiplərinə də o qədər ziddir.

Hər cür basqı, təhdid, repressiya ilə müxalifətsiz bir düzən yaratmağa çalışmaqla Respublikanı bir arada təsəvvür etmək belə mümkün deyil.

Respublika – tənqidi fikirlə, alternativ mövqelərlə, fərqli fikirlərlə assosiasiya olunan bir anlayışdır. Bunları yox etməyə, aradan qaldırmağa çalışmaqla Respublika ola bilməzsiniz.

Ən yaxşı halda sözdə və görüntüdə Respublika ola bilərsiniz, amma reallıqda, mahiyyət və məzmun etibarilə əsla!

***

Bu mənada könül arzu edərdi ki, biz 2018-ci ilin 28 mayına – ilk Cümhuriyyətimizin 100 yaşına doğru gedərkən, bu gün ölkədə monarxiya rejiminin gücləndirilməsinə, hər cür fərqli fikir və alternativ mövqedən arındırılmış, təmizlənmiş, tamamilə təksəsli mühit yaradılmasına hesablanmış addımlar yerinə, başqa mövzulardan danışa biləydik.

Cümhuriyyətin 100-cü ilinə Azərbaycanda Respublika dəyərlərini, Respublika fəlsəfəsini necə möhkəmləndirə biləcəyimizi dartışaraq gedə bilərdik. Əvəzində bunun 180 dərəcə əksini edirik...

Cümhuriyyətin 100-cü ilinə Azərbaycanda Respublika dəyərlərini, Respublika fəlsəfəsini necə möhkəmləndirə biləcəyimizi dartışaraq gedə bilərdik.

Əvəzində bunun 180 dərəcə əksini müşahidə etmək - Cümhuriyyətin 100-cü ilinə həbsxanalarda daha çox siyasi məhbusla getmək, daha az tənqidçi səslə, müxalif güclə getmək adamın ürəyini ağrıdır.

100 il öncə yalnız türk və müsəlman coğrafiyasındakı xalqları deyil, hətta bu gün dünyanın gəlişmiş ölkələri sayılan ölkələrin bir çoxunu qabaqlayaraq, bəşəri dəyərlərə söykənən, gücünü hüququn üstünlüyündən və azadlıqların toxunulmazlığından alan bir Respublikanın qurulduğu Azərbaycanın adının indi çeşidli beynəlxalq qurumların insan haqları və özgürlüklərinə dair siyahılarında Zimbabve ilə, Mozambiklə, Banqladeşlə çəkilməsini qəbul etmək, sinirmək mümkünsüzdür.

İstədiyimiz qədər yeraltı-yerüstü zənginliklərə sahib olaq, onları Respublika dəyərləri ilə birləşdirə, bütünləşdirə bilməyəcəyimiz müddətcə bunların hər hansı yararı olmayacaq. Yararı olması bir yana qalsın, zərərlərini görəcək, sancılarını yaşayacağıq.

Necə ki, artıq bu başlayıb – təkcə son 10 ildə neftdən gələn 100 milyardlarca dollara rəğmən, böhran ağuşunda çapalamaqdayıq.

İnkişafın tək yolu hüququn şəxslərdən yuxarıda dayanması, ədalətin hər kəsə bərabər məsafədə durması, insanların qorxusuzca düşünə və düşündüklərini ifadə edə bilməsi, xalqın iradəsinin yeganə hegemon olması, qısası, Respublikanın yalnız adi bir söz kimi deyil, bir idarəetmə və idarəolunma fəlsəfəsi, təfəkkürü kimi oturuşmasıdır.

Əks halda hamımız üçün çox çətin olacaq. Hamımız üçün. İstisnasız.

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

XS
SM
MD
LG