Keçid linkləri

Təcili xəbərlər

Marsda həyat axtarmağa gedir


Mars səthi
Mars səthi

►Rusiya və Avropa İttifaqının Marsda həyat axtarışı üçün ilk missiyası Baykonurdan yola düşür

Aİ ilə Rusiyanın Marsda həyat axtarışı ilə məşğul olacaq ilk missiyası olan ExoMars-2106 martın 14-də Baykonur kosmodromundan "Proton-M" raketində yola düşüb.

Birgə missiyanın məqsədi Marsın atmosferində metan axtarışıdır. Alimlər düşünürlər ki, Marsın atmosferində metan aşkar olunarsa, bu, planetdə həyatın varlığının təsdiqi demək ola bilər. Missiyanın digər məqsədi 2018-ci ildə yola düşməsi nəzərdə tutulmuş ikinci ExoMars ekspedisiyasının əsas texnologiyalarının sınaqdan keçirilməsidir.

Alimlər əmindirlər ki, metan ultrabönəvşəyi günəş şüalarının təsiri nəticəsində parçalanır və təxminən 400-600 il mövcud ola bilir. Bu müddətin geoloji dövrlər nöqteyi-nəzərindən çox da uzun olmaması onu deməyə əsas verir ki, hazırda Marsda mövcud olan qaz Günəş sistemi planetlərinin yaranmaqda olduğu 4,5 milyard il əvvəl yarana bilməzdi və deməli planetdə həyat əlamətlərini axtarmaq məntiqlidir.

Məlum faktdır ki, Yür kürəsində olan metanın 90%-ni canlı orqanizmlər yaradır. Bu yaxınlarda metan qazı Marsın şimal yarımkürəsi yaxınlığında qeydə alınıb ki, bu da alimlərin marağına səbəb olub. Onlar düşünürlər ki, bu qaz bioloji mənşəli ola bilər.

Sübut olunub ki, Yer kürəsində metanogenez adlı bakteriya növü mövcuddur. Yer səthinin dərinliklərində yaşayan bu bakteriyanın maddələr mübadiləsi nəticəsində metan hasil olunur. Alimlər ehtimal edirlər ki, Marsın daimi buz örtüyündən də aşağı qatlarında oxşar bakteriyalar yaşamağa qadir ola və metan buraxa bilər.

Marsda gün çıxır
Marsda gün çıxır

Alimlərin buna alternativ olan digər məntiqi izahı isə belədir: Marsdakı metan geoloji mənşəli ola bilər. Belə ki, o, dəmirin oksidləşməsi nəticəsində yarana bilər. Elə Yer kürəsində də qaynar bulaqlar, yaxud da aktiv vulkanların yaxınlığında belə olur. Bu hipotezin təsdiqlənməsi Marsda nə zamansa oksigenin mövcud olduğuna dəlalət edərdi.

İki ExoMars missiyası gedişində hər iki nəzəriyyə yoxlanıla bilər.

Avriopa Kosmik Agentliyinin (ESA) Rusiyadakı nümayəndəliyinin rəhbəri Rene Pichel deyib ki, ExoMars missiyasının ikinci mərhələsinin reallaşması sayəsində 2018-ci ildə Avropa və Rusiya ilk dəfə Marsın səthində iki metr dərinlikdə qazma apara bilər.

Rusiya Elmlər Akademiyasının Kosmik tədqiqatlar institununun hazırladığı Atmospheric Chemistry Suite (ACS) spektrometrik kompleksli orbital aparatdan marsın atmosferinin kimyəvi tərkibini öyrənmək üçün nəzərdə tutulub.

____________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

Ballistika mütəxəssislərinin hesablamalarına görə, missiyanın ilkin fazası təqribən yeddi ay çəkəcək və missiya Marsa yalnız oktyabrın ortalarına çatacaq. Missiyanın Marsın atmosferinə daxil olmasına üç gün qalmış Schiaparelli modulunun "Orbiter" orbital aparatından ayrılaraq Qırmızı planetin səthinə enişi başlayacaq. Hesablamalara görə, onun Marsın atmosferinə daxil olması 21 min km/saat sürətlə baş verəcək. Sürətin yavaşıması atmosferdə tormozlanma, daha sonra isə paraşütün açılması sayəsində baş verəcək.

Ayrılmadan Marsın səthinə qonmasına qədər modulun Yerlə əlaqəsini orbital aparat təmin edəcək. ExoMars Orbiter əvvəlcə Marsın ətrafında ellipsşəkilli orbit boyu fırlanacaq, daha sonra atmosferə və planetin səthindən 400 kilometr hündürlükdə olan dairəvi orbitə keçərək planetin qaz tərkibini araşdıracaq.

Avropa Kosmik Agentliyi (ESA) ilə Roskosmos arasında Mars və Günəş sisteminin digər cismlərinin robototexnika vasitələri ilə tədqiqi sahəsində razılaşma 2013-cü il martın 14-də imzalanıb. Müqavilə Rusiyanın ExoMars layihəsində iştirakını təsbit edir və Yupiter və Ayın tədqiqatı sahəsində mümkün layihələri nəzərdə tutur.

Buna da bax:

Ağköynəkdə televizorlar yandı
Gözlə

No media source currently available

0:00 0:01:46 0:00

XS
SM
MD
LG