Keçid linkləri

Təcili xəbərlər

Zukerberqin Facebook profilinin sirri


Facebook-un qurucusu və rəhbəri Mark Zukerberqin bu sosial şəbəkədəki profili aktivliyi, rəngarəngliyi ilə digərlərindən seçilir. Ancaq, o, öz profilini tək başına idarə etmir. Zukerberqin Facebook hesabı bütöv bir komanda işidir.

Şərhləri, spamları yoxlamaqdan tutmuş, ictimaiyyətlə əlaqələrə yönəlmiş paylaşımlara qədər şirkətin bir çox işçiləri bu işlərə cəlb olunub. “Blomberg”in yazdığı kimi, bunun səbəbi odur ki, Mark Zukerberqin ictimai rəyi çox vaxt bütövlükdə Facebook-un ictimai fikrinə çevrilir.

Onun səhifəsində paylaşılan fotoların da arxasında professional fotoqraflar dayanır. Bu fotolara onun həyat yoldaşı ilə, qızıyla özəl anlarını əks etdirən fotolar da daxildir. Fotoqraflar arasında “Washington Post” nəşrinin fotomüxbiri Çarlz Ommani (Charles Ommanney) də var. Onun adı 2005-ci ildə fotoqrafiyada 100 vacib insan arasına düşüb.

Zukerberqin Facebook səhifəsi demək olar ki, hər gün biznes və şəxsi paylaşımlarla yenilənir. Şəxsi paylaşımlar arasında itinin ad günüylə bağlı postdan tutmuş, qızının ilk addımlarını əks etdirən videoya qədər var.

Facebook qurucusunun profilinin fərqliliyini, uğurunu onun peşəkar komandasının uğuru saymaq olar.

Ən son yazılan

XS
SM
MD
LG