Keçid linkləri

Təcili xəbərlər

Tramp NASA-nın büdcəsini azaldır


NASA-nın inkişaf sahəsində həyata keçirmək istədiyi layihələrdən bəziləri, həmçinin Yupiterin peyklərinə eniş də Donald Trampın büdcə təklifi ilə əlaqədar olaraq davam etdirilməyəcək. Ümumilikdə isə NASA-nın 2018-ci ildə maliyyələşdirilməsi təxminən 19.3 milyard dollardan 19.1 milyarda endiriləcək.

Büdcə özəl partnyorlarla əməkdaşlığı genişləndirərək, Yer planetinə yönəlmiş araşdrımaları deyil, kosmosun daha dərindən öyrənilməsinə fokuslanır.

“Ümumilikdə demək olar ki, elmin maliyyələşdirilməsi stabil olaraq qalır, baxmayaraq ki, bir neçə layihənin inkişafı davam etdirilməsə də digər layihələrin büdcəsi artırılacaq. Biz həmişəki kimi yaşadığımız planetin və Kainatın daha dərindən kəşf edilməsinə meylliyik. Lakin buna baxmayraq, resurslarımız çərçivəsində diqqətimizi dəyişirik. Təklif edilən büdcə nəzərdə tutduğumuz və son illər ərzində işlədiyimiz büdcədən o qədər də fərqlənmədiyinə görə, elmi işlərdə bir çox düşərgədə fəaliyyət göstərməyə imkan yaradır”, deyə NASA-da administrator vəzifəsində çalışan Robert Laytfut bildirib.

Təyin edilən məbləğ kosmik stansiyaların istismara verilmə imkanını, dərin kosmosda kəşfiyyat və axtarış sistemi üçün dövlət və özəl sektorlar arasında partnyorluq əlaqələrini dəstəkləməyə, kiçik peyk qruplarının isitismarında, yeni kosmik texnologiyalarını və sənayə işini dəstəkləməyə də imkan yaradır.

Ən son yazılan

XS
SM
MD
LG