Keçid linkləri

Təcili xəbərlər

Bakı Minski əvəz edə bilərmi?


BİR PARALELİN İZİ İLƏ

Adi insanlar, daha çox özlərinin gündəlik sosial qayğıları və problemlərilə yaşayanlar üçün qlobal geosiyasi məsələlər elə də önəm kəsb etməsə də bunu siyasətlə maraqlanan kəslər haqqında demək qətiyyən olmur – belələri hələ də ABŞ-ın yeni prezidentinin hər bir addımına diqqət kəsilməkdə və bunların dünya üçün hansı bir nəticələrə gətirib çıxara bilməsini üçün təxmin etməkdədirlər.

Siyasi təhlilçilər haqqında isə heç danışmağa da dəyməz. Hətta indiyədək daha çox öz ölkələrinin daxili siyasətindən yazanlar belə bu gün beynəlxalq problemlərin təhlilinə keçiblər.

Siyasi təhlilçilər haqqında isə heç danışmağa da dəyməz. Hətta indiyədək daha çox öz ölkələrinin daxili siyasətindən yazanlar belə bu gün beynəlxalq problemlərin təhlilinə keçiblər.

Bu vaxta qədər belə görmüşdük ki, prezidentlərin adətən ilk yüz günü təhlil və müzakirə olunar. Amma Donald Tramp bu ənənəni də pozdu – təhlilçilər lap elə bu günlərdə yeni prezidentin hakimiyyətinin ilk ayını araşdırmağa və özləri üçün müəyyən qənaətlər əldə etməyə çalışdılar.

Bu mənada heç də təsadüfi deyil ki, üstündən artıq bir-iki həftə keçsə də iki böyük dövlətin – ABŞ-ın və Rusiyanın silahlı qüvvələrinin qərargah başçılarının Bakı görüşü hələ də medianın, xüsusən də rus mətbuatının diqqət mərkəzindədir.

Yox, mən təzədən həmin məsələyə bir daha qayıtmaq istəmirəm – deyilməli bütün sözlər artıq deyilib, qiymətləndirmələr də aparılıb. Mənim sadəcə, bir detal diqqətimi çəkdi. Həmin dövrdə, bir az sonra da Rusiya mətbuatı ciddi şəkildə Bakının Minski əvəz edə bilməsi haqqında yazmağa başladılar.

Etiraf edirəm ki, belə bir siyasi paralel mənim də ruhumu oxşamaya bilməzdi. Hətta Azərbaycandakı siyasi sistemin bütün eybəcərliklərinə, feodal çalarlarına baxmayaraq kim istəməzdi ki, Bakı da ciddi siyasi və diplomatik bir mərkəzə çevrilsin? Bunun üçün kifayət qədər resurslar da var. Bəli, həm siyasi-diplomatik, həm də ki, iqtisadi resurslar...

HƏTTA LUKAŞENKO DA RUSİYANI QANE ETMİR

Amma müəyyən fikirlər də gəldi ağlıma. Düşündüm ki, Rusiya ilə Azərbaycan hakimiyyəti arasındakı münasibətlər Belarusla münasibətə baxanda daha problemsiz və sıcaqdır.

Açığı, Rusiyanın indiki rəhbərləri “batka”nı – Belarus prezidenti Aleksandr Lukaşenkonu elə də sevmirlər. Ən birincisi ona görə ki, Lukaşenko on illərdir ki, onlarla oyun oynayır, gah “ittifaq münasibətləri” qurmağa çalışır, gah da Rusiyadan uzaqlaşır.

Açığı, Rusiyanın indiki rəhbərləri “batka”nı – Belarus prezidenti Aleksandr Lukaşenkonu elə də sevmirlər. Ən birincisi ona görə ki, Lukaşenko on illərdir ki, onlarla oyun oynayır, gah “ittifaq münasibətləri” qurmağa çalışır, gah da Rusiyadan uzaqlaşır. Hətta axırıncı prezident seçkisi zamanı Rusiya bu adamın arxasından çəkildi. Amma Lukaşenko yenə də prezident oldu və Moskva ürəksiz olsa da bununla barışmalı oldu.

Həm də Minskin siyasi-diplomatik mərkəz olması Lukaşenkonun manevr imkanlarını bir az da artırır və təbii ki, bu Rusiyaya elə də xoş təsir bağışlamır. Onlara zəif və dünyaya çıxışı olmayan bir Belarus daha çox sərf edi, nəinki dünyanın böyük siyasət adamlarının tez-tez toplaşdığı və müxtəlif məsələləri çözdüyü bir ölkə...

Nə qədər qəribə olsa da, başqa bir səbəb də var. Lukaşenko daim Rusiyadan nəsə istəyir və Belarusla Rusiya arasında bir xeyli iqtisadi və maliyyə problemləri var. Səbəbi də budur ki, daha Moskvanın “filantrop imperiya” olmaq fikri yoxdur.

BAKI İSƏ HEÇ NƏ İSTƏMİR, HƏTTA TƏKLİF EDİR

Ona görə də Bakı Moskva üçün bir çox aspektlərdən daha anlaşıqlı və münasibdir. O, nəinki heç nə istəmir, hətta öz resursları ilə bölüşməyə də hazırdır.

Üstəlik, Moskva ilə o qədər ehtiyatlı bir siyasət yürüdür ki, sanki Rusiyanın hətta Qarabağ problemində də heç bir rolu yoxdur.

Üstəlik, Moskva ilə o qədər ehtiyatlı bir siyasət yürüdür ki, sanki Rusiyanın hətta Qarabağ problemində də heç bir rolu yoxdur. Bəzən bilmək belə olmur ki, bu hakimiyyət Rusiya ilə münasibətləri nəyin qarantı kimi görür?..

Ən çox belə bir siyasi detal nəzərə çarpır ki, iki ölkə arasındakı münasibətlər daha çox hakimiyyətlər arasındakı bağlılıqdır. Belarusla bağlı isə belə bir sıcaq münasibətlər yoxdur, çünki Rusiyaya “oyunbaz” Lukaşenko yox, daha çox idarə olunan Belarus lazımdır.

AZƏRBAYCAN NEYTRAL ÖLKƏ QİSMİNDƏ

Həm də Rusiyaya quberniyası hesab etdiyi Belarusu yox, məhz Azərbaycanı neytral bir ölkə qismində görmək məqbuldur.

...Bakı Avropa ilə, xüsusən də NATO ilə sıx əlaqələrə can atmırsa bununla kifayətlənmək və ya ən azı bir müddət buna dözmək olar...

Əslində Azərbaycana qarşı da münasibət çox rəvan deyil və mürəkkəbdir. Amma rusiyalı siyasətçilər arabir nəinki Azərbaycanı, bütün Cənubi Qafqazı quberniyalara böləcəklərini desələr də, hətta Dumanın bir iclasını Bakıda keçirməyi təklif etsələr də Moskvanın daha üstün rəsmi münasibəti budur ki, Bakı Avropa ilə, xüsusən də NATO ilə sıx əlaqələrə can atmırsa bununla kifayətlənmək və ya ən azı bir müddət buna dözmək olar...

Fəqət, bütün bunlar yenə də o demək deyil ki, Bakı tez bir müddətdə durub Minski tamam əvəz edəcək. Bunun çox səbəbi var. Ən birincisi də budur ki, ortada Ermənistan faktoru var. Onun aramsız təzyiqləri və Dağlıq Qarabağ problemi ucbatından, əksər ölkələr Bakı ilə Yerevan arasında balans saxlamağa çalışır. Hətta səfər edəndə də hər iki ölkəyə edirlər ki, birdən Yerevan inciyər...

Üstəlik, Bakının ən əsas problemi də müəyyən mənada elə Minsklə bağlıdır – on illərdir ki, Dağlıq Qarabağ problemini məhz Minsk Qrupu çərçivəsində çözməyə cəhd edirlər.

DAHA BİR RƏQİB...

Həm də Rusiya ilə Azərbaycanın münasibətləri daha normal olsa da, sonuncunun mərkəzə çevrilmək yolunda bir rəqibi də var. O da qonşu Gürcüstandır.

Qərb Gürcüstana daha isti yanaşır, çünki bu ölkə onunla inteqrasiya məsələlərində daha israrlıdır. Üstəlik, Gürcüstanda siyasi və yaxud ictimai iqlim daha mülayimdir.

Qərb Gürcüstana daha isti yanaşır, çünki bu ölkə onunla inteqrasiya məsələlərində daha israrlıdır. Üstəlik, Gürcüstanda siyasi və yaxud ictimai iqlim daha mülayimdir. Belə bir hal isə Qərbin diqqətini çəkməyə bilməz.

Amma Rusiyanın da iştirak etdiyi tədbirlərə ev sahibliyi etmək üçün Tbilisi elə də ciddi rəqib deyil. Qalır yalnız Ermənistan. O, sözün əsl mənasında Bakının siyasi mərkəzə çevrilməsi yolunda ən əsas maneədir. Türkiyəni çıxmaqla heç kim Ermənistandan vaz keçmək niyyətində deyil və ölkələr daim iki münaqişə tərəfi arasında bir balans saxlamağa çalışırlar...

DEMOKRATİYASI YOXDUR, ƏVƏZİNDƏ KÜRÜSÜ VAR

Qərəz, çözməyə çalışdığımız mövzu haqqında deyəcəklərim bu qədərdir. Sonda onu da qeyd edərdim ki, əgər dünya mediası, xüsusən də qonşu Rusiya mətbuatı nədənsə yazırsa, bu, heç də o demək deyildir ki, yazılanlar çin olacaq. Amma belə yazılar Rusiyanın siyasi mətbəxindəki atmosferi, onun Azərbaycana münasibətini duymağa və ya bu predmetlə bağlı niyyətlərini bilməyə imkan verir. Sonuncu isə elə də əhəmiyyətsiz deyil.

Həm də Bakı bir qədər dar anlamda onsuz da mərkəzdir – Rusiyadan, Türkiyədən və İrandan bərabər siyasi məsafə... Üstəlik, Gürcüstanla da çox isti münasibətlər!

Həm də Bakı bir qədər dar anlamda onsuz da mərkəzdir – Rusiyadan, Türkiyədən və İrandan bərabər siyasi məsafə... Üstəlik, Gürcüstanla da çox isti münasibətlər! Heç şübhəsiz ki, bütün bunlar onun siyasi çəkisini və bölgədəki rolunu artırır.

Bəlkə də narahatlıq yaradan ciddi bir amil də budur ki, Azərbaycandakı siyasi sistem getdikcə daha çox sərtləşməkdə və orta əsrlər dövrünə xas quruluş və arxitektura almaqdadır.

Regiondakı böyük dövlətlər – Rusiya, Türkiyə və İran üçün bu, elə bir məna kəsb etmir, çünki onlar özləri də demokratiya məsələlərində çox ciddi şəkildə “axsayır”lar.

Amma demokratik Qərb ölkələri haqda bunu demək olmur. Düzdür, hazırda Qərbin də başı yalnız özünə qarışmış kimi görünür. Fəqət, qlobal demokratiya səyləri eniş yaşasa da heç bir Qərb ölkəsində insanlar demokratiyadan imtina etmək niyyətində deyillər və belə bir konteksdə Azərbaycanın azad olmayan ölkə imici qazanması perspektivdə yaxşı bir şey vəd etmir.

Amma Minsk də heç də demokratik ölkənin paytaxtı deyil. Bəlkə rəsmi Bakını arxayınlaşdıran da budur. Düşünürlər ki, Azərbaycan demokratiya və insan haqları məsələsində öyünə bilməsə də nefti və qazı, xüsusən də kürüsü var. Xarici diplomatlar isə Xəzər kürüsünü çox sevirlər...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG