Keçid linkləri

Təcili xəbərlər

Bəlkə elə doğrudan da sivilizasiyalar “toqquşur”?


DEYİLƏNLƏR GƏLDİ BAŞA?

Bəlkə də ən asanı “Onlar xristian, bizsə müsəlmanıq!” deməkdir. Halbuki “Biz də insanıq, onlar da...” demək daha düzgün olardı. Bəli, biz də insanıq, onlar da – bu sözün ehtiva edə bildiyi bütün müsbət və mənfi tərəflərlə, çalarlarla bahəm...

Avropada yaşananları, Türkiyə ilə Qoca Dünya arasındakı qalmaqalları başa düşmək üçün çox çalışıram. Amma nəticə hasil edə bilmirəm...

Nə gizlədim? İndi Avropada yaşananları, Türkiyə ilə Qoca Dünya arasındakı qalmaqalları başa düşmək üçün çox çalışıram. Amma nəticə hasil edə bilmirəm və özümü qane edən cavab tapmıram ki, tapmıram.

Düşünürəm ki, əcəba, bəlkə elə bu da neçə illərdir ki, hamımızın yeri gəldi-gəlmədi bəhs etdiyimiz, fərqinə varmadan az qala bütün siyasi mövzu və dartışmaların kontekstində hallandırdığımız “sivilizasiyaların toqquşması”dır? Bəlkə o xüsusda deyilənlər artıq bir gerçək olur?

SINAQDAN KEÇMƏYƏNLƏR

Bəli, neçə illər bundan irəli ABŞ politoloqu Samuel Hantinqtonun məşhur yazısını əksəriyyətimiz bir filoloji esse kimi oxumuşduq. Həmişə olduğu kimi, bu da bizə bir ekzotika kimi gəlmişdi.

Bəlkə də ona görə ki, o vaxtlar bizlər də özümüzü məhz oralarda – Qərbdə görürdük, özümüzü ayırmırdıq. O vaxtlar hər bir partiya Qərblə inteqrasiyanı, Avropa institutları ilə nəinki əməkdaşlığı, hətta birgələşməyi özünün siyasi platformasının preambulasında yazır, sanki kimin daha çox “qərbpərəst” olduğunu sübuta yetirmək üçün sözün əsl mənasında biri – birilə yarışırdılar.

Amma sonradan zaman göstərdi ki, biz “oralarda” deyilik, biz hələ ki, Qərb deyilik. Bəli, günahı çox şeyin üstünə yıxmaq, hakimiyyəti qınamaq və ya daha kimisə ittiham etmək olar. Fəqət, bununla heç nə dəyişmir – nəticə olduğu kimi qalır.

Amma sonradan zaman göstərdi ki, biz “oralarda” deyilik, biz hələ ki, Qərb deyilik. Bəli, günahı çox şeyin üstünə yıxmaq, hakimiyyəti qınamaq və ya daha kimisə ittiham etmək olar. Fəqət, bununla heç nə dəyişmir – nəticə olduğu kimi qalır.

O da budur ki, biz sınaqdan çıxa bilmədik, Qərb olmadıq, özümüzün dediyimiz kimi, “avropalaşa” bilmədik. Bunu dərk edəndən artıq Avropa ilə bizi birləşdirən deyil, ayıran cəhətlər üstündə diqqət kəsildik və hər bir addımda onları qabartmağa çalışdıq...

Bizdən əvvəl bunu iranlılar, pakistanlılar, ərəblər və türkiyəlilər başa düşmüşdü. Onların da bəlkə də nə vaxtsa ürəyindən “qərbləşmək” və ya Qoca Dünya ilə qovuşmaq sevdası keçmişdi. Amma onlar da bunu bacara bilmədi, necə deyərlər, sınaqdan keçmədilər. Bunu anlayandan sonra başladılar öz fərqlərini öz özəllikləri kimi qələmə verməyə. Daha “Qərb ola bilmədik” yox, “Bizim öz yolumuz var” deməyə, hətta bundan bir qürur duymağa üz tutdular...

TƏK DEMOQRAFİYA İLƏ...

İndi artıq “biz” anlayışı yoxdur, daha müsəlman dünyası ilə xristian Avropası birgəlik duymur, indi “biz və onlar” var... Deməli, yaşananlar da haradasa bunun fəsadlarıdır. Əgər “biz və onlar” varsa, onda onunla da hesablaşmaq lazım gəlir ki, hamı identikliyini qorumağa cəhd edir...

Mənə elə gəlir ki, məhz elə bu identiklik kəlməsindən yapışmaq lazımdır. Avropalılar nə istəyir? Onlar öz identikliklərini qorumaq və öz dəyərlərini hifz etmək istəyirlər...

Bizsə dünyada müsəlmanların nə vaxt hamıdan çox olacağlı günü hesablamaqla məşğuluq. Heç cür anlamaq isətmirik ki, digər insanları belə açıqlamalar həqiqətən qorxudur.

Bizsə dünyada müsəlmanların nə vaxt hamıdan çox olacağlı günü hesablamaqla məşğuluq. Heç cür anlamaq isətmirik ki, digər insanları belə açıqlamalar həqiqətən qorxudur. Bəlkə də onlar bundan qorxmaz və hər şey kimi bunu da sakit qarşılayardılar. Amma biz çoxaldığımızı ona görə dilə gətiririk ki, guya digərlərini də müsəlman edəcəyik və Yer üzünü böyük müsəlman ölkəsinə çevirəcəyik.

Onlar isə bundan sözün əsl mənasında qorxurlar. Ona görə qorxurlar ki, onların da dini özlərinə əzizdir, öz dəyərlərini, həyat tərzlərini saxlamaq və hifz etmək istəyirlər.

Bu “çoxalmaq” strategiyası, sayca artmaq məsələsi də xeyli mübahisəlidir. Əslində intim həyat, ailə həyatı da böyük mədəniyyətdir. Üstəlik də böyük bir məsuliyyətdir. Nə gizlədək, az inkişaf etmiş ölkələrdə bu mədəniyyət, daha doğrusu, ailə planlaşdırması mədəniyyəti bir az “axsayır”. O mənada ki, insanlar gələcək törəmələri üçün elə bir məsuliyyət hiss etmədən, özlərinin çoxalıb-artmaq üçün nə qədər hazır olduqlarının fərqinə varmadan bunları edirlər.

Qərb adamı isə belə deyil. O, əvvəlcə əmin olmalıdır ki, dünyaya uşaq gətirmək üçün artıq hazırdır, artıq “ayaq üstə dura bilib”, özünün bir insan kimi karyerasını qura bilib. Qərbli yalnız bundan sonra ailə və uşaq haqqında düşünməyə başlayır...

Bizsə yalnız tək bircə göstəricilə – demoqrafik göstəricilərlə dünyanı “götürmək” niyyətindəyik. Heç fərqinə də varmırıq ki, çoxluq çoxdan üstünlük demək deyildir...

Hər dəfə aclıq çəkən Afrikanın insanlarını göstərəndə bir detal mənim diqqətimi özünə çəkir. Hər qadının yanında azı üç – dörd uşaq olur və bu mənzərini seyr edəndə adamın ağlından bir fikir keçir: Yeməyə çörək tapmayan bu insanlar dünyaya uşaq niyə gətirir? Bu cinayət deyilmi?..

İLK BAXIŞDA QƏRB HÜCUM EDƏN KİMİ GÖRÜNÜR, AMMA...

Digər dəyərlərə gəldikdə isə, onlar da çox mühüm məsələdir. Bu yaxınlarda bir detal mənə çox maraqlı göründü. Livanda səfərdə olan Fransa siyasətçisi Marin Le Pen yerli müfti ilə görüşməkdən imtina etdi. Səbəbi də bu oldu ki, müftilə görüşmək üçün o, başını örtməli idi. Fransa siyasətçi qadını isə bunu istəmirdi...

Bizim insanlarımız başlarını örtməkdən sevinc duyduqları kimi onlar da açıq başla gəzməyi, yaşamağı daha çox sevir. Məgər bunu başa düşmək bu qədər çətin bir işdir?

Bəli, bu da bizə bir təhər görünür. Amma niyə onları başa düşməyək? Bizim insanlarımız başlarını örtməkdən sevinc duyduqları kimi onlar da açıq başla gəzməyi, yaşamağı daha çox sevir. Məgər bunu başa düşmək bu qədər çətin bir işdir?

Elə bu səbəbdən də indi dünyada cərəyan edənlərə baxanda görürsən ki, elə həqiqətən də sivilizizasiyaların toqquşması gedir.

İlk baxışda bu qovğada Qərb daha güclü görünür. Lakin dərinə varanda görürsən ki, Qərb burada müdafiə olunan tərəfdir. Bəli, nə qədər qəribə olsa da...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG