Keçid linkləri

Təcili xəbərlər

Şahzadə Çarlz iqlim dəyişikliyi haqda kitab yazıb


İngiltərə kraliçası II Yelizavetanın böyük oğlu şahzadə Çarlz iqlim dəyişikliyi ilə bağlı suallara həsr edilmiş bir kitab yazıb. Kitab Yanvar ayının 26-dan etibarən satışa buraxılacaq. Müəlliflərin fikrincə, bu kitab böyüklər üçün iqlim dəyişiklikləri üzrə bir bələdçidir.

BMT-nin iqlim dəyişikliyi ilə bağlı Parisdə keçirilən konfransda iştirakından sonra şahzadə belə bir kitab yazmaq fikrinə düşüb. Konfransda bu mübahisəli mövzuyla bağlı hamının oxuyub-anlaya biləcəyi asan bir kitabın olmadığı onun diqqətindən yayınmayıb.

52 səhifəlik bələdçi kitab həmmüəlliflik etmış iqlimşünas Emili Şakburq (Emily Shucburgh) və ətraf mühitin mühafizəsi üzrə mütəxəssis Toni Cuniperlə (Tony Juniper) birgə yazılıb. Əlyazamalar Kral Meteoroloq Cəmiyyəti və daha yeddi iqlimşünas tərəfindən yoxlanılıb. Ancaq bu yoxlanışdan sonra onu nəşrə verməyə qərar verilib.

Bu ilk dəfə deyil ki, şahzadə Çarlz məsələyə xüsusi diqqətinin olduğunu vurğulayır. Belə ki, 2013-cü ildə o, iqlimdə baş verən dəyişikliklərə inanmayan insanları “beyinsiz toyuq dəstəsi” adlandırıb. “Mən istəmirəm ki, nəvələrim məndən “niyə heç bir şey etməmisən” deyə soruşsunlar” deyərək o, çıxışında bildirib.

Ən son yazılan

XS
SM
MD
LG