Keçid linkləri

Təcili xəbərlər

Serera - buz və duzdan yaranmış cırtdan planet


Serera
Serera

Onun diametri Fransanın eni qədərdir. Temperaturu mənfi 57 dərəcə ilə “günəşli günlərdə” mənfi 2 dərəcə arasında qalxıb-enir

Serera (Ceres) kainatın ən sirli-möcüzəli cismlərindən biridir. Ölçüsü kiçik olsa da, ətrafında dolaşan asteroidlərdən fərqlənir, kometlərə oxşasa da, özünü planet kimi aparır.

Odur ki, alimlər öz gecə-gündüzündə müxtəlif rənglərə çalan, parlaq ləkələri olan bu səma cismini – cırtdan planet adlandırıblar.

Uzaq planetdən bu məlumatları NASA-nın “Dawn” robot peyki verib. Əslində bu səma cismi bəşəriyyətə çoxdan məlum idi. Onu 1801-ci ildə Giuseppe Piazzi açkar etmiş və planet adlandırmışdı.

Serera NASA-nın Dawn gəmisindən belə görünüb
Serera NASA-nın Dawn gəmisindən belə görünüb

Mars və Yupiterin arasında, Neptunun orbiti daxilində dolaşan bu 945 kilometrlik diametri olan planeti, sonradan, 1850-ci ildə asteroid kimi təsnifləmişdilər.

İndi onu, yenidən planet adlandırırlar, amma cırtdan planet. Necə də olmasa, o, Günəş sistemində ölçüsünə görə 33-cü səma cismidir. Onu hətta ən aydın gecələrdə də adi gözlə görmək mümkün deyildir.

Elə buna görədə NASA-nın yaxından çəkdiyi şəkillər elm üçün son dərəcə əhəmiyyətlidir.

Vulkanlar su püskürür

NASA-nın kosmik gəmisi Sereranın 385 kilometrliyinə yaxınlaşa bilib. Lakin bu məsafədən də alimlər bəzi mülahizələri yürüdə biliblər.

Məsələn onlar ehtimal edirlər ki, asteroid-planetin səthindəki parlaq ləkələr vulkanlar ola bilər. Lakin Sereranın özü və ətrafındakı temperaturlar o qədər aşağıdır ki, onun vulkanlarından od yox, su və qaz püskürür.

Buna geologiyada kriyovulkanizm deyirlər. Belə bir şəraitdə buz maye mərhələsini keçmədən birbaşa qaza və ya maye qaza çevrilir.

Alimlər bu nəticəyə gəliblər ki, Sereranın çöhrəsindəki 130-dək parlaq ləkələr duzla buzun qarışığıdır.

Sereranın özü və ətrafındakı temperaturlar o qədər aşağıdır ki, onun vulkanlarından od yox, su və qaz püskürür

Bu parlaq ləkələrin maviyə çalması isə belə bir ehitamala yol açıb ki, onların tərkibi heksahidrat adlandırılan maqnezium-sulfat (azərbaycanca “acı duz”) duzlarından ibarıət ola bilər. Məsələn, İngiltərənin Epsom məntəqəsi belə duzlıarla zəngindir.

Serera Mars və Yupiter arasından keçən “asteroid kəmərində” ən böyük cismdir. Onun diametri Fransanın eni qədərdir. Temperaturu mənfi 57 dərəcə ilə “günəşli günlərdə” mənfi 2 dərəcə arasında qalxıb-enir.

Sereranı öyrənən alimlər indi onun səthindəki kraterləri araşdırırlar. Onlar hesab edirlər ki, bu kratelər başqa asteroidlərlə toqquşmalar nəticəsində yaranıb.

"Buxarlanan" buzlar

Bu kraterlər həmçinin planetin səthi altında duz və buzların toplandığını göstətir. Buz krater yırtıqlarından “buxarlansa” da, duz qalır.

Bu prosesin nə vaxtadək davam edəcəyi məlum deyildir.

Astronomlar qeyd edirlər ki, Yupiter və Saturnun buzlu peyklərindən fərqli olaraq Serera su buzunu saxlaya bilib.

“Nature” jurnalında dərc olunmuş məqalədə Sereranın mənşəyi haqqında müxtəlif suallar qoyulur.

Dawn gəmisinin çəkdiyi spektr xəritələri göstərir ki, Sererada ammoniumla zəngin “gillər” geniş yayılıb. Planetin əslində azot və ammoniumdan ibarət olduğunu söyləyənlər də var.

Ən son yazılan

XS
SM
MD
LG