Keçid linkləri

Təcili xəbərlər

“Skype”a 3 yenilik birdən gəldi


İllüstrasiya
İllüstrasiya

►Məsələn, ondan yararlanmayanları da söhbətə qoşmaq mümkün olacaq

“Skype”-ın veb versiyasına bir neçə yeni özəllik artırılıb.

Bu barədə xidmətin rəsmi bloqunda məlumat verilir.

Yeniliklərdən biri odur ki, artıq istifadəçilər mobil və ev telefonlarına da zəng edə bilərlər.

Digər bir yenilik “YouTube” ilə bağlıdır. İndən belə söhbət zamanı göndərilən “YouTube” linklərini elə birbaşa həmin səhifədə açmaq mümkün olacaq.

Başqa sözlə, videonu izləmək üçün “Youtube”-a daxil olmağa gərək qalmayacaq.

Söhbətlərə “Skype” istifadə etməyən şəxsləri də əlavə etmək olar. Bundan ötrü istifadəçilər ayrıca link yaradıb söhbətə qoşmaq istədikləri dosta yollamalıdırlar.

Buna da bax:

Makedoniyaya keçən miqrantlar geri qaytarılıb
Gözlə

No media source currently available

0:00 0:01:45 0:00

XS
SM
MD
LG