Keçid linkləri

Təcili xəbərlər

Çin ən güclü superkompüter yaradır


Çin yeni, çox güclü ekzaskeyl (exascale) superkompüter üzərində çalışır. Bu kompüter saniyədə bir kvadrilyon (milyon dəfə milyard) əməliyyat yerinə yetirə biləcək.

Layihə uğur qazanarsa, yeni aparat dünyada superkompüterlər arasında lider ola bilər.

Hazırda ötən ilin iyun ayında istehsal olunan “Sunway TaihuLight” dünyanın ən sürətli superkompüteridir. Kompüterin hazırlanmasında yalnız yerli mikroçiplərdən istifadə olunub.

Ekzaskeyl kompüterler isə daha güclüdür və saniyədə bir quantilyona qədər əməliyyatları yerinə yetirə bilirlər. Bu baxımdan belə bir kompüter prototipinin hazırlanması bir neçə il ala bilər. Tiyanjin şəhərində yerləşən “Milli Superkompüter Mərkəzi”nin proqram mühəndisi Zhang Ting belə deyib.

“Exascale superkompüterin sisteminin və proqramlarının tamamlanması ancaq 2020-ci ildə gözlənilə bilər. Bu kompüter Çinin ilk superkompüteri “Tianhe 1”dən 200 dəfə daha sürətli olacaq”.

Ən son yazılan

XS
SM
MD
LG