Keçid linkləri

Təcili xəbərlər

Yeni Ginnes rekordu – 1000 dron eyni zamanda havada [VIDEO]


Çinin dron istehsalı ilə məşğul olan "EHang" şirkətinin mühəndisləri yeni dünya rekordu yaradıblar. Onlar eyni zamanda havaya 1000 dron buraxıblar.

China.org saytının verdiyi məlumata görə rekord ötən şənbə günü Quançjou şəhərində qədim zamanlardan bəri Çin Yeni İli mərasimləri çərçivəsində keçirilən ənənəvi fənərlər festivalında qırılıb. 15 dəqiqə ərzində rəngarəng işıq diodları ilə təchiz olunmuş Ghostdrone 2.0 kvadrokopterləri dalbadal altı işıqlı fiqur formalaşdıblar. Fiqurlar arasında Çinin xəritəsi və 2017 rəqəmi də olub. Dronlar havada rəngini dəyişərək əsrarəngiz mənzərə yaradıblar.

Dronlar yerdə olan bir kompüterdən idarə olunub. Toqquşma baş verməsin deyə qurğular arasında təqribən 1,5 metr məsafə saxlanıb.

120 metr hündürlüyə qaldırılan dronlar havadan asılı qalan fənərləri xatırladıb. Fonda Quançjou Simfonik Orkestrinin ifasında "Sarı çay Piano Konserti" səslənib.

Ginnes (Guinness) rekordlar kitabına görə, bu sahədə əvvəlki rekord "Intel" şirkətinə məxsus olub. Ötən ilin noyabr ayında "Intel" Almaniyanın Krayllinq kommunasında futbol meydançası üzərində havaya eyni zamanda 500 dron qaldırıb.

Bu gözəl işıq şousunu yaratmaq üçün mühəndislər bir neçə ay çalışmalı və çoxlu sınaqlar keçirməli olublar.

Hər il Yeni İl bayramında keçirilən fənərlər festivalında səmaya buraxılan fənərlərin üzərində ənənəvi olaraq "xoşbəxtlik", "sülh", "ailə" kimi müsbət Çin heroqlifləri yazılır.

Ancaq son dövrlərdə Bu yazılar get-gedə siyasiləşir. Artıq bütün ölkə boyu evlərdən buraxılan fənərlərin üzərində "demokratiya", "azadlıq", "bərabərlik", "qanunun aliliyi" və "vətənpərvərlik" kimi məfhumları bildirən heroqliflər yazılmağa başlayıb.

Ən son yazılan

XS
SM
MD
LG