Keçid linkləri

Təcili xəbərlər

Xakerlərə mükafat verilib


Pwn2Own 2017 turnirinin ilk mərhələsində xakerlər Windows və MacOs əməliyyat sistemlərini və eləcə də geniş istifadə edilən digər proqramları qırdıqlarına görə 233 min dollar qazanıblar. Yarış hər il CanSecWest – kibertəhlükəsizlik üzrə keçirilən konferensiyada, Kanadanın Vankuver şəhərində baş tutub.

Uğurlu xakerlər üçün nəzərə tutulan mükafat fondunun ümumi məbləği 1 milyon dollardır.

Mətbuatda yer alan məlumatlara görə, turnir yüzlərlə tamaşaçının gözü qarşısında baş tutub. Xakerlər Apple MacOs, Windows və Ubuntu, multimedia platformu olan Adobe Flash Player, Firefox, Safari və Microsoft Edge brauzerlərinin “öhdəsindən” gəliblər. Turnirdə iştirak edən hər bir komanda aşkar etdikləri müxtəlif zəifliklərdən yararlanaraq, sistemlərə daxil olduqlarına görə 10-80 min dollar arası mükafat qazanıblar.

Xakerlərin aşkar etdikləri zəif texniki məqamlar mütəxəssislərə veriləcək, onlar da öz növbəsində bu səhvləri aradan qaldıracaqlar.

Turnir 2007-ci ildən başlayaraq hər il Vankuverdə keçirilir. Mükafat fondu 5 kateqoriya üzrə aparılır: veb-brauzer və plaginlər, imtiyazların artırılması, korporativ və server əlavələri və həmçinin virtual maşınlar.

Ən son yazılan

XS
SM
MD
LG