Keçid linkləri

Təcili xəbərlər

Amazon bağlamalarınızı dronla çatdıracaq


Amazone drone delivery
Amazone drone delivery

Amazon-un yaxın gələcəkdə öz müştərilərinə yeni xidmət təklif edə bilər – müştərilərin bağlamalarını ünvana çatdırmaq. Amerikan Patent Qeydiyyat Şöbəsinə (U.S. Patent and Trademark Office) təqdim edilən məlumata görə, Amazon-un yeni patentində dronlar vasitəsilə müasir üsulda bağlamaların çatdırımasının təsviri qeyd edilib.

Amazon-un təklif etdiyi çatdırılmanın sxemi: dron bağlamanı ünvana çatdırır; bağlamanı yerə endirir və daha sonra bağlamanın yerə qoyulma trayektoriyasına nəzarət edir.

Ötən ilin dekabr ayında Prime Air layihəsi çərçivəsində Amazon ilk uğurlu pilotsuz uçuşu həyata keçirdiyini və bağlamanın uğurla çatdırıldığı haqqında xəbər yaymışdı. Bu çatdırılma 2.27 çəkisində olmuş və ona 30 dəqiqə vaxt sərf edilmişdi.

Ağır yük daşıyan hava nəqliyyat vasitələri ilə müqayisədə Amazon-un miqyası daha kiçikdir. Lakin şəhərin sıx əhalisi olan ərazisində normal enmə meydançası və ya yerli sakinləri uyğun olmayan ərazilərdə dronun eniş edə bilməməsini təsəvvür etmək o qədər də çətin deyil (hər bir rayon sağlamlıq üçün eyni şəkildə təhlükəsiz olmaya da bilər).

Bu texnologiya 2.27 kq-dək çəkidə olan bağlamaları 10 mil məsafəyədək çatdırmağa qadirdir. Həmçinin bağlama çatdırıldıqdan sonra konteynerlərin necə olacağı da hələ ki bəlli deyil. Şirkətin onları bir dəfəlik bağlama kimi istifadə edəcəyi də istisna edilmir.

Bu xidmətin inkişafı çərçivəsində şirkət bir neçə texnologiyaları da artıq patentləşdirib. Buraya dronları hücumdan qoruyan sistem, dirijabl-anbarlar da daxildir.

Ən son yazılan

XS
SM
MD
LG