Keçid linkləri

Təcili xəbərlər

Yeni zavod saniyədə bir smartfon istehsal edir


Smartfon istehsalçısı Xiaomi şirkəti Çindən sonra ikinci əhəmiyyətli bazarı sayılan Hindistanda zavod açıb. Zavod Şri-Sitidə, Andra Pradeş ştatında yerləşir və Foxconn-la əməkdaşlıqda tikilib.

Onun açılışı Hindistanda Redmi 4A modelinin təqdimatı zaman elan edilib. Xiaomi İndia-nın vitse-prezidenti Manu Kumar bildirib ki, istehsal artıq gözlənilən səviyyəyə çatıb – saniyədə bir smartfon.

Bu rəqəmlər cəlbedici görünsə də şirkətin hələ də smartfon təminatıyla bağlı problemləri var. Manu Kumarın sözlərinə görə, tələb təklifi aşır. Məsələn, Redmi Note 4 modeli 45 günə bir milyondan artıq satılıb. Smartfonlar bitməsə, daha da artıq satıla bilər.

Şirkətin Hindistandakı zavodunda 90 faiz qadın olmaqla, 5000 nəfər çalışır. Ötən il Xiaomi ən çox smartfon istehsal edən beş şirkətin içərisinə düşüb.

Ən son yazılan

XS
SM
MD
LG