Məşhur texnologiya şirkətlərindən biri smartfona gələn zəngləri cavablayacaq üsul tapıb – «ağıllı» qayışdan yaralanıb, zənglərə, sadəcə, barmaqla cavab vermək mümkün olacaq.
Qayış «ağıllı» saatlara və ya adi saatlara taxılır. Cihaz «Bluetooth»la smartfona qoşulur. Zəng gələrkən, qayışdakı düyməni basıb, həmin əlin şəhadət barmağını qulağa yaxınlaşdırmaq yetərlidir.
Texnologiya müəlliflərinin iddialarına görə, barmaq zəng edən şəxsin səsini qulağa ötürür və kənar səsləri isə əngəlləyir. Bu yolla səs-küylü yerlərdə də səsi apaydın eşitmək olur. Bu danışığı başqalarının eşidəcəyindən də narahatlığa gərək qalmır.
«Ağıllı» qayışın eni 24 millimetrdir. Onu enerjiylə doldurmağa 1 saat vaxt tələb olunur. Qayışın qara, ağ, mavi rəng seçimləri var.
Komplektindən asılı olaraq, cihazın qiyməti 129-399 dollar arasında dəyişir.
Gələn ilin fevralından başlayaraq sifarişləri yerinə yetirmək planlaşdırılır.