Keçid linkləri

Təcili xəbərlər

Dinozavrlar soyuq və qaranlıqdan məhv olub


Alimlər dinozavrların nəslinin kəsilməyinə səbəbin soyuq və qaranlıq olduğunu üzə çıxarıblar. Bu barədə elm dərgisi “Science Daily” yazır.

Bundan 66 milyon il öncə dinozavrların nəsli kəsilib. Buna nəhəng asteroidin səbəb olduğu fikri daha geniş yayılıb. Ancaq tək bir daş nə qədər dağıdıcı olsa da, yer üzündə bütün həyatı məhv etmək üçün yetərli olmaya bilərdi.

İqlim tədqiqatçıları asteroid zərbəsinin yaratdığı nəticələrin dinozavrların sonu olduğunu düşünürlər.

İŞIQ ÇATIŞMAZLIĞININ SƏBƏBİ

Yeni araşdırmaya görə, asteroidlə toqquşmadan sonra sulfat turşusu damlaları havada bir təbəqə əmələ gətirib və illərlə günəş işığının qarşısını alıb.

Bu tədqiqat asteroid zərbəsinin nəticəsində yaranan mühitin yer üzərindəki canlılara necə təsir göstərdiyini üzə çıxarır. Tədqiqatçıların fikirlərinə görə, işıq çatışmazlığı üzündən bütün bitkilər məhv olub, bu da birbaşa qida zəncirinə ölümcül təsir edib.

KƏSKİN SOYUĞUN ŞOK EFFEKTİ

Asteroid hücumundan sonra tropik ərazilərdə temperatur 27 dərəcədən 5 dərəcəyə qədər aşağı düşüb. Dinazaurlar tropik iqlimdə yaşayırdılar və təkamül nəticəsində bu mühitə uyğunlaşmışdılar. Alimlərin fikrincə, temperaturun bu dərəcədə aşağı düşməyi onlarda şok effekti yarada bilərdi. Xüsusilə, qlobal orta temperatur üç il boyunca 0 dərəcədən aşağı olub.

Tədqiqat ortaya çıxarıb ki, buz təbəqələri genişlənib, okean sirkulyasiyası pozulub, dənizlər daha sıx və ağır hala gəlib. Dəniz ekosisteminə mənfi təsir bir çox məməlilərin nəslinin kəsilməyinə səbəb olub.

Araşdırmaya görə, iqlimin bərpa olunması 30 il çəkib və bu müddətdə dinozavrların həyatı ciddi zərbə alıb. Əlbəttə, bu, həm də insan kimi oqranizmlərin formalaşması üçün yeni bir çağın başlanğıcına çevrilib.

Ən son yazılan

XS
SM
MD
LG