Keçid linkləri

Təcili xəbərlər

Youtube videolara annotasiyaları ləğv edir


Youtube-da müəlliflərə yerləşdirdikləri videolara annotasiyalar – videoların üzərində hiperlinklərin (keçid linklər) üzərindəki mətn və etiketlər – əlavə etmək mümkün olmayacaq.

Yeni qayda 2017-ci ilin mayın 2-də qüvvəyə minəcək: Youtube Creator Blog-un yazdığına görə, bu tarixdən sonra annotasiyaları yalnız silmək mümkün olacaq.

“Annotasiyaların istifadəsi 2008-ci ildə tətbiq edilib. Hazırda 70%-dən çox azalıb. Bu səbəbdən, artıq annotasiya redaktorluğunun dəstəyini yekunlaşdırmağın vaxtı gəlib. May ayının 2-dən etibarən sizin artıq annotasiya əlavə etmək və ya onu redaktə etmək imkanınız olmayacaq. Onları ancaq silə biləcəksiniz. Artıq mövcud olan annotasiyaları yalnız masaüstü kompüterdən Youtube-da olan videolara baxdığınızda görmək mümkün olacaq”, deyə xidmətin mütəxəssisi bildirib.

İstifadəçilərin yazdıqları şərhlərdən faydalanaraq xidmət annotasiyaları Kart və Son Görüntü ilə əvəz edəcək. Qeyd edilənlər isə mobil cihaz göstəricilərinə uyğunlaşdırılıb. Bundan əlavə, onlar həmçinin masaüstü cihazlarda da işlək vəziyyətdədir.

“Əslində tamaşaçılar annotasiyaları heç sevmirlər. Onlar hər hansı bir annotasiyanı açmazdan əvvəl orta hesabla onun 12-sini bağlayırlar. Və getdikcə daha çox tamaşaçı annotasiyaları bir dəfəlik bağlayır”, deyə xidmətin meneceri Muli Salem bildirib.

Ən son yazılan

XS
SM
MD
LG