Keçid linkləri

Təcili xəbərlər

2.5 milyon dollar dəyərində kitablar oğurlanıb


Copernicus De Revolutions Orbium Coelestium
Copernicus De Revolutions Orbium Coelestium

London yaxınlığında 3 nəfər cinayətkar Leonarda da Vinçi, Nikolay Kopernik, Qalileo Qaliley, İsaak Nyuton və digərlərinin müəllifi olduğu 160 ədəd orijinal kitab oğurlayıb.

KİV-də yayılan məlumatlara görə, oğurlanan kitablar 2.5 milyon dollar qiymətində dəyərləndirilir. Kitablar saxlanan anbara oğrular damdan girməyə nail olublar. Anbarda isə artıq uzun müddətdir ki, orta əsrlərə aid kitablar saxlanılırmış. Oğurluq zamanı onlar hərəkət siqnalı ötürücülərindən yayına biliblər. Bunun üçün oğrular damdan 12 metrlik uzunluqda olan kəndir vasitəsilə aşağı enməyə nail olublar.

Anbardan oğurlanan bütün kitablar, XV-XVI əsrlərdə yaşayan müəlliflər tərəfindən yazılıb. Ən qiymətli eksponat isə Kopernikin “De Revolutions Orbium Coelestium”, dəyəri 270 min dollar olan kitabdır. Bu kitab Nikolay Kopernikin ən məşhur kitablarından biridir.

Hadisə yerinə gələn polislərin sözlərinə görə, bu olay oğurlanan kitabları satmaq məqsədilə yox, hansısa kolleksionerin sifarişi ilə baş verib.

Kitabın sahibləri itirdikləri kitabların oğurlandıqlarına görə deyil, onlara sərf etdikləri əməyə görə təssüflənirlər.

Ən son yazılan

XS
SM
MD
LG