Keçid linkləri

Təcili xəbərlər

YouTube-da videoya internetsiz də baxmaq olacaq


YouTube

Populyar video platforması «YouTube» yeni proqramını təqdim edib.

«YouTube Go» adlanan proqram «Google»un Dehlidəki tədbirində tanıdılıb.

Proqramla videoları yaddaşda saxlayıb, internet bağlantısı olmayanda da, yəni oflayn rejimində də izləmək mümkün olacaq.

İstifadəçi yükləmək istədiyi videonun ölçüsünü də əvvəlcədən biləcək. Videoları standart və ya daha aşağı keyfiyyətdə, daha kiçik ölçüdə yükləmək olar.

Proqram yüklənilən videonu internet bağlantısı olmadan yaxınlıqdakı istifadəçiyə göndərməyə də imkan verir.

«YouTube Go» həm Android, həm də iOS platforması üçün hazırlanıb.

İnternet bağlantısı məhdud ərazilərdən ötrü düşünülən proqramı hazırda Hindistandakı istifadəçilər sınaqdan çıxara bilər.

«YouTube Go»nun nə vaxt tam istifadəyə veriləcəyi, hələlik, açıqlanmır.

Şərhlər (3)

Bu forum dayandırılıb
XS
SM
MD
LG