15 «Muskie» qalibi ABŞ-a gedir

Magistr dərəcəsi üzrə «Edmund S.Muskie Mübadilə Proqramı» çərçivəsində Azərbaycanda keçirilən müsabiqənin 15 qalibi avqustun 6-da ABŞ-a gedəcək.

Onlar ABŞ-da ali təhsil müəssisələrində magistr dərəcəsi üzrə təhsil alacaqlar.

Müsabiqəni ABŞ Beynəlxalq Tədqiqatlar və Mübadilələr Şurası (İREX) qeyd edilən ölkənin Dövlət Departamentinin maliyyə dəstəyi ilə ayrı-ayrı sahələrdə çalışan ali təhsilli mütəxəssislər üçün keçirib. /AzərTAc/