101 sumqayıtlı məzun 600-dən çox bal toplayıb

2010-2011-ci tədris ili üçün ali təhsil müəssisələrinə tələbə qəbulunun ilkin nəticələrinə görə Sumqayıt şəhərində 101 nəfər 600-dən çox bal toplayıb.

Bu barədə Sumqayıt şəhər İcra hakimiyyəti başçısının yanında keçirilən müşavirədə Sumqayıt şəhər Təhsil şöbəsinin müdiri Vidadi Bağırov məlumat verib.

V.Bağırovun sözlərinə görə, hələlik TQDK-dan rəsmi məlumat daxil olmayıb və bu göstərici məktəblərdən toplanmış məlumat əsasında müəyyən edilib.