Nobel mükafatının pulunu elmə xərcləyəcək

Suzuki, Neqişi və Hek kimya üzrə Nobel mükafatı aldılar

“2010-cu il kimya üzrə Nobel mükafatını alan alimlərin tədqiqatları daha təmiz kimyəvi maddələr almağa imkan yaradır”.

“Təmiz kimyəvi maddələr elektronikada, yeni dərmanların yaradılmasında, viruslarla mübarizədə, kənd təsərrüfatının zərərvericilərdən qorunmasında lazımdır.”

Kimya üzrə Nobel mükafatı 79 yaşlı amerikalı alim Riçard Hekə və iki yapon aliminə - 75 yaşlı Eyiçi Neqişi və 80 yaşlı Akira Suzukiyə verildi.

1 milyon 500 min dollar məbləğində Nobel mükafatı bu 3 alim arasında bölünəcək.

Neqişi deyib ki, alacağı bütün pulu yeni araşdırmalara xərcləyəcək.

O bildirib ki, Nobel mükafatı almaq onun 50 illik arzusu idi.