İlk sınaq imtahanı başlayır

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası aprelin 8-də ilk sınaq imtahanı keçirəcək.

Sınaq imtahanlarına yazılış aprelin 5-dən başlayacaq.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının saytında qeyd olunur ki, aprelin 22-də və 29-da keçiriləcək sınaq imtahanlarında iştirakçılara yeni (2 nömrəli) test kitabçası təqdim olunacaq. Həmin imtahanlara yazılmaq istəyən abituriyentlər 7735 nömrəsinə boş sms göndərməklə virtual ödəmə kartı əldə edə bilərlər.