Massaçusets Texnoloji İnstitutu dünyada birinci yerə çıxıb

Massaçusets Texnoloji İnstitutu dünya universitetlərinin reytinqində Kembric universitetini qabaqlayaraq birinci yerə çıxıb.

QS 2012 dünya universitetlərinin yeni reytinq cədvəlində Harvard universiteti 3-cü yerdədir.

Oksford 5-ci yeri tutur.

Moskvanın Lomonosov adına universiteti 116-cı yerdədir.

Universitetlərə 6 meyar üzrə qiymət verilib: universitetdə təhsilin səviyyəsi, müəllimlərinin səviyyəsi, fakultələrin sayının tələbələrin sayına nisbəti və s.

Massaçusets Texnoloji İnstitutu 100 mümkün baldan 100 bal alıb. Kembric – 99,8, Harvard 99,2 bal toplayıb.

Dünyanın 200 ən yaxşı universitetindən 54-ü ABŞ-ın, 30-u Böyük Britaniyanın payına düşür.

O da yəqin ki, maraqlıdır, ölkələr üzrə təhsilin səviyyəsinə görə ən yuxarı qiyməti Avstraliya universitetləri alıb.

Avstraliya universitetləri müəllimlərinin səviyyəsinə görə də birincidir. İkinci yerdə Britaniya universitetləridir.