3 günə 5 milyon iPhone 5 satılıb

Fransada İPhone 5-in birinci alıcısı

Apple şirkəti elan edib ki, 5 milyon iPhone 5 telefonu satıb.
Bu telefonlar cəmi 3 gündür ki, satışa çıxarılıb.

Özü də hələlik cəmi 9 ölkədə satılır.

Həftənin sonuna bu telefon 22 ölkədə satılacaq, ilin sonuna isə 100 ölkədə iPhone 5-i almaq olacaq.

Bir il əvvəl iPhone 4S satışa çıxarılanda ilk 3 gündə 4 milyon belə telefon satılmışdı.

Ancaq iPhone5-in satışı gözləniləndən zəif gedir.
Ekspertlər 3 günə 6,5 milyon telefonun satılacağını gözləyirdi.