Tibb üzrə Nobel mükafatı "inqilabi kəşfə" verildi

John Gurdon və Shinya Yamanaka

Stokholmda 2012-ci il üçün Tibb və Fizilogiya üzrə Nobel mükafatının qalibləri elan olunub.
Mükafata Yaponiyadan Shinya Yamanaka və Böyük Britaniyadan John Gurdon layiq görülüblər.

Shinya Yamanaka və John Gurdon Nobel mükafatını toxuma hüceyrələri sahəsində əldə etdikləri “inqilabi kəşflərə” görə qazanıblar.

Onların kəşfinə görə, insan hüceyrələrini yenidən proqramlaşdırmaq olar və sübut ediblər ki, insanın yetkin hüceyrələrini yenidən proqramlaşdırmaqla onları insanın istənilən hüceyrəsinə çevirmək olar.

1962-ci ildə Gurdon kəşf edib ki, hüceyrənin ixtisaslaşması dəyişə bilər.
2002-ci ildə Yamanaka isə sübut etdi ki, yaşlı hüceyrə bədənin bütün hüceyrələrinə çevrilə bilər.

Tibb üzrə Nobel mükafatı bu il veriləcək 6 Nobel mükafatından birincisidir.

Nobel Fondu bu il Nobel mükafatının dəyərini 20 faiz azaldaraq 1 milyon 200 min dollara salıb. Bunu da dünya maliyyə bazarlarındakı vəziyyətlə izah edirlər.