İnternetdə «qara siyahı» qanunu

Internet senzurasına Duma qabağında etiraz

Rusiyada internet “qara siyahısı” adını alan qanun noyabrın 1-dən qüvvəyə minib.

Yeni qanun uşaqlar üçün zərərli hesab etdiyi saytları bağlamağa hakimiyyətə imkan verir.

Mübahisə doğuran bu qanuna görə, rəsmilər materialları uşaqlara ziyanlı hesab etsələr, internet xidmətləri provayderlərindən tələb edə bilərlər ki, vebsaytın materialını blok etsinlər, vebsaytın özünü isə məcbur edə bilərlər ki, işini dayandırsın.

Eyni vaxtda uşaqlar üçün ziyanlı materaillar verən və cəzalanan belə saytların "qara siyahısı" tutulacaq.

Rusiya hökumətinin izahına görə, yeni qanunun məqsədi uşaq pornoqrafiyasının, uşaqları narkotiklərə və ya intihara sövq edən materialların qabağını almaqdır.

Ancaq söz azadlığı ekspertlərinə görə, hökumət bu qanunu öz tənqidçilərinə yönəldə bilər və hökuməti tənqid edən saytları susdurmağa çalışa bilər.

Rusiyanın internet axtarış şirkəti Yandex və şəbəkə saytı Mail.ru yeni qanuna öz etirazlarını bildiriblər.

Qadağan olunan saytların “qara siyahısı” http://zapret-info.gov.ru saytındadır.